Namaz kitabı

Azanın fəziləti və şeytanın onu eşitdikdə qaçması

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ وَزُهَيْرُ بْنُ حَرْبٍ وَإِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ - وَاللَّفْظُ لِقُتَيْبَةَ - قَالَ إِسْحَاقُ أَخْبَرَنَا وَقَالَ الآخَرَانِ حَدَّثَنَا جَرِيرٌ عَنِ الأَعْمَشِ عَنْ أَبِى صَالِحٍ عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِنَّ الشَّيْطَانَ إِذَا سَمِعَ النِّدَاءَ بِالصَّلاَةِ أَحَالَ لَهُ ضُرَاطٌ حَتَّى لاَ يَسْمَعَ صَوْتَهُ فَإِذَا سَكَتَ رَجَعَ فَوَسْوَسَ فَإِذَا سَمِعَ الإِقَامَةَ ذَهَبَ حَتَّى لاَ يَسْمَعَ صَوْتَهُ فَإِذَا سَكَتَ رَجَعَ فَوَسْوَسَ ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Həqiqətən, şeytan namaz üçün azanı eşitdikdə azanın səsini eşitməmək üçün səsli yel buraxa-buraxa qaçar. Müəzzin susduqda qayıdar və vəsvəsə verməyə başlayar. İqamə verildikdə yenə müəzzinin səsini eşitməmək üçün gedər. Müəzzin susduqdan sonra qayıdar və vəsvəsə verməyə başlayar”.”

Əbu Hureyra
Səhih

İstinad

Muslim, 882 (Namaz, 20)

Səhih Muslim — Namaz kitabı