Hər rükətdə “əl-Fatihə” surəsini oxumağın vacibliyi, “əl-Fatihə” surəsini oxuya bilməyənin və öyrənə bilməyənin başqa bir surə oxuması
حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ بْنِ نُمَيْرٍ حَدَّثَنَا أَبُو أُسَامَةَ عَنْ حَبِيبِ بْنِ الشَّهِيدِ قَالَ سَمِعْتُ عَطَاءً يُحَدِّثُ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « لاَ صَلاَةَ إِلاَّ بِقِرَاءَةٍ ». قَالَ أَبُو هُرَيْرَةَ فَمَا أَعْلَنَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَعْلَنَّاهُ لَكُمْ وَمَا أَخْفَاهُ أَخْفَيْنَاهُ لَكُمْ.
“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Quran oxumadan namaz yoxdur”. Əbu Hureyra dedi: “Allah Elçisinin ﷺ aşkarda oxuduğunu biz də aşkar oxuduq, gizlində oxuduğunu biz də gizlin oxuduq”.”
İstinad
Muslim, 908 (Namaz, 46)
Səhih Muslim — Namaz kitabı