Namaz kitabı

Zöhr və Əsr namazlarında olan qiraət

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى وَأَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ جَمِيعًا عَنْ هُشَيْمٍ - قَالَ يَحْيَى أَخْبَرَنَا هُشَيْمٌ - عَنْ مَنْصُورٍ عَنِ الْوَلِيدِ بْنِ مُسْلِمٍ عَنْ أَبِى الصِّدِّيقِ عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ قَالَ كُنَّا نَحْزِرُ قِيَامَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى الظُّهْرِ وَالْعَصْرِ فَحَزَرْنَا قِيَامَهُ فِى الرَّكْعَتَيْنِ الأُولَيَيْنِ مِنَ الظُّهْرِ قَدْرَ قِرَاءَةِ الم تَنْزِيلُ السَّجْدَةِ وَحَزَرْنَا قِيَامَهُ فِى الأُخْرَيَيْنِ قَدْرَ النِّصْفِ مِنْ ذَلِكَ وَحَزَرْنَا قِيَامَهُ فِى الرَّكْعَتَيْنِ الأُولَيَيْنِ مِنَ الْعَصْرِ عَلَى قَدْرِ قِيَامِهِ فِى الأُخْرَيَيْنِ مِنَ الظُّهْرِ وَفِى الأُخْرَيَيْنِ مِنَ الْعَصْرِ عَلَى النِّصْفِ مِنْ ذَلِكَ. وَلَمْ يَذْكُرْ أَبُو بَكْرٍ فِى رِوَايَتِهِ الم تَنْزِيلُ وَقَالَ قَدْرَ ثَلاَثِينَ آيَةً.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Biz Allah Elçisinin ﷺ Zöhr və Əsr namazlarındakı qiyamını təxmin edərdik (nə qədər müddət olduğunu hesablayardıq). Zöhr namazının ilk iki rükətinin qiyamı “əs-Səcdə” surəsi qədər, son iki rükətinin qiyamının isə bunun yarısı miqdarında olduğunu təxmin edərdik. Əsr namazının ilk iki rükətinin qiyamının Zöhr namazının son rükətlərindəki qiyamı qədər, Əsr namazının son iki rükətinin qiyamının isə bunun yarısı miqdarında olduğunu təxmin edərdik”. Ravi Əbu Bəkr öz rəvayətində “əs-Səcdə” surəsini deyil, “otuz ayə qədər” qeyd etmişdir.”

Əbu Səid əl-Xudri
Səhih

İstinad

Muslim, 1042 (Namaz, 180)

Səhih Muslim — Namaz kitabı