Zöhr və Əsr namazlarında olan qiraət
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ أَخْبَرَنَا هَمَّامٌ وَأَبَانُ بْنُ يَزِيدَ عَنْ يَحْيَى بْنِ أَبِى كَثِيرٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ أَبِى قَتَادَةَ عَنْ أَبِيهِ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقْرَأُ فِى الرَّكْعَتَيْنِ الأُولَيَيْنِ مِنَ الظُّهْرِ وَالْعَصْرِ بِفَاتِحَةِ الْكِتَابِ وَسُورَةٍ وَيُسْمِعُنَا الآيَةَ أَحْيَانًا وَيَقْرَأُ فِى الرَّكْعَتَيْنِ الأُخْرَيَيْنِ بِفَاتِحَةِ الْكِتَابِ.
“Rəvayət edilir ki, Əbu Qatədə ﵁ demişdir: “Peyğəmbər ﷺ bizə Zöhr və Əsr namazlarını qıldırdıqda əvvəlki iki rükətdə “Kitabı Açanı” (“əl-Fatihə” surəsini) və başqa surə oxuyardı. Bəzən isə ondan bir ayəni bizə eşitdirərdi. Sonuncu iki rükətdə isə yalnız “əl-Fatihə” surəsini oxuyardı”.”
İstinad
Muslim, 1041 (Namaz, 179)
Səhih Muslim — Namaz kitabı