Cərgələrin düz olması, ilk cərgənin və ondan sonra növbə ilə cərgələrin fəziləti, ilk cərgədə sıxlıq və önə keçmək üçün yarışmaq, fəzilətli adamları ilk cərgəyə keçirmək və imama yaxınlaşdırmaq
حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى أَخْبَرَنَا أَبُو خَيْثَمَةَ عَنْ سِمَاكِ بْنِ حَرْبٍ قَالَ سَمِعْتُ النُّعْمَانَ بْنَ بَشِيرٍ يَقُولُ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُسَوِّى صُفُوفَنَا حَتَّى كَأَنَّمَا يُسَوِّى بِهَا الْقِدَاحَ حَتَّى رَأَى أَنَّا قَدْ عَقَلْنَا عَنْهُ ثُمَّ خَرَجَ يَوْمًا فَقَامَ حَتَّى كَادَ يُكَبِّرُ فَرَأَى رَجُلاً بَادِيًا صَدْرُهُ مِنَ الصَّفِّ فَقَالَ « عِبَادَ اللَّهِ لَتُسَوُّنَّ صُفُوفَكُمْ أَوْ لَيُخَالِفَنَّ اللَّهُ بَيْنَ وُجُوهِكُمْ ».
“Rəvayət edilir ki, Nouman ibn Bəşir ﵁ demişdir: “Allah Elçisi ﷺ bizim cərgələri onlar ox kimi olana qədər düzəldərdi. O biz bunu dərk edənə qədər belə etməkdə davam etdi. Sonra bir gün ayağa durub namaza başlayaraq təkbir edəcəyi an bir adamın sinəsinin cərgədən çıxdığını gördü və buyurdu: “Ey Allahın qulları, ya cərgələrinizi düzəldəcəksiniz, ya da Allah sizin üzlərinizi başqa tərəflərə çevirəcək”.”
İstinad
Muslim, 1007 (Namaz, 145)
Səhih Muslim — Namaz kitabı