Namaz kitabı

Namazda hər dəfə əyilib-qalxdıqda təkbir etməyin isbatı, rukudan dikəldikdə isə “Səmi Alla:hu limən həmidəh” demək

وَحَدَّثَنِى حَرْمَلَةُ بْنُ يَحْيَى أَخْبَرَنَا ابْنُ وَهْبٍ أَخْبَرَنِى يُونُسُ عَنِ ابْنِ شِهَابٍ أَخْبَرَنِى أَبُو سَلَمَةَ بْنُ عَبْدِ الرَّحْمَنِ أَنَّ أَبَا هُرَيْرَةَ كَانَ - حِينَ يَسْتَخْلِفُهُ مَرْوَانُ عَلَى الْمَدِينَةِ - إِذَا قَامَ لِلصَّلاَةِ الْمَكْتُوبَةِ كَبَّرَ. فَذَكَرَ نَحْوَ حَدِيثِ ابْنِ جُرَيْجٍ وَفِى حَدِيثِهِ فَإِذَا قَضَاهَا وَسَلَّمَ أَقْبَلَ عَلَى أَهْلِ الْمَسْجِدِ قَالَ وَالَّذِى نَفْسِى بِيَدِهِ إِنِّى لأَشْبَهُكُمْ صَلاَةً بِرَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Əbu Sələmə ibn Abdur-Rahmən ﵀ rəvayət edir ki, Mərvan Əbu Hureyranı Mədinəyə vali təyin etdiyi dövrdə vacib bir namazı qıldıqda təkbir etmiş... və yuxarıdakı hədis qeyd edilmişdir, lakin bu rəvayətdə deyilir: “Əbu Hureyra namazı bitirib salam verdikdə camaata tərəf çevrilib dedi: “Canım Əlində Olana and olsun ki, həqiqətən, aranızda Allah Elçisinin ﷺ namazına ən çox oxşayan namaz mənim namazımdır”.”

Əbu Sələmə ibn Abdur-Rahmən
Səhih

İstinad

Muslim, 896 (Namaz, 34)

Səhih Muslim — Namaz kitabı