Namaz kitabı

Namazda hər dəfə əyilib-qalxdıqda təkbir etməyin isbatı, rukudan dikəldikdə isə “Səmi Alla:hu limən həmidəh” demək

حَدَّثَنَا مُحَمَّدُ بْنُ مِهْرَانَ الرَّازِىُّ حَدَّثَنَا الْوَلِيدُ بْنُ مُسْلِمٍ حَدَّثَنَا الأَوْزَاعِىُّ عَنْ يَحْيَى بْنِ أَبِى كَثِيرٍ عَنْ أَبِى سَلَمَةَ أَنَّ أَبَا هُرَيْرَةَ كَانَ يُكَبِّرُ فِى الصَّلاَةِ كُلَّمَا رَفَعَ وَوَضَعَ. فَقُلْنَا يَا أَبَا هُرَيْرَةَ مَا هَذَا التَّكْبِيرُ قَالَ إِنَّهَا لَصَلاَةُ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Əbu Sələmə ﵀ rəvayət edir ki, Əbu Hureyra namazda hər dəfə əyilib-qalxdıqda təkbir edirdi. Biz ona dedik: “Ey Əbu Hureyra, bu təkbirlər nədir?” O dedi: “Həqiqətən, Allah Elçisinin ﷺ namazı budur”.”

Əbu Sələmə
Səhih

İstinad

Muslim, 897 (Namaz, 35)

Səhih Muslim — Namaz kitabı