Namaz kitabı

Namazda bir şey olduqda kişinin təsbih deməsi, qadının isə əl çırpması

وَحَدَّثَنَا هَارُونُ بْنُ مَعْرُوفٍ وَحَرْمَلَةُ بْنُ يَحْيَى قَالاَ أَخْبَرَنَا ابْنُ وَهْبٍ أَخْبَرَنِى يُونُسُ عَنِ ابْنِ شِهَابٍ أَخْبَرَنِى سَعِيدُ بْنُ الْمُسَيَّبِ وَأَبُو سَلَمَةَ بْنُ عَبْدِ الرَّحْمَنِ أَنَّهُمَا سَمِعَا أَبَا هُرَيْرَةَ يَقُولُ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « التَّسْبِيحُ لِلرِّجَالِ وَالتَّصْفِيقُ لِلنِّسَاءِ ». زَادَ حَرْمَلَةُ فِى رِوَايَتِهِ قَالَ ابْنُ شِهَابٍ وَقَدْ رَأَيْتُ رِجَالاً مِنْ أَهْلِ الْعِلْمِ يُسَبِّحُونَ وَيُشِيرُونَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “(Namazda bir şey olduqda imama bildirmək üçün) təsbih demək kişilərə, əl çırpmaq isə qadınlara aiddir”. Ravi İbn Şihab dedi: “Mən bir çox alim gördüm ki, (namazda bir şey olduqda) həm təsbih, həm də işarə edirdilər”.”

Əbu Hureyra
Səhih

İstinad

Muslim, 982 (Namaz, 120)

Səhih Muslim — Namaz kitabı