Zöhr və Əsr namazlarında olan qiraət
وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مَهْدِىٍّ حَدَّثَنَا شُعْبَةُ عَنْ أَبِى عَوْنٍ قَالَ سَمِعْتُ جَابِرَ بْنَ سَمُرَةَ قَالَ عُمَرُ لِسَعْدٍ قَدْ شَكَوْكَ فِى كُلِّ شَىْءٍ حَتَّى فِى الصَّلاَةِ. قَالَ أَمَّا أَنَا فَأَمُدُّ فِى الأُولَيَيْنِ وَأَحْذِفُ فِى الأُخْرَيَيْنِ وَمَا آلُو مَا اقْتَدَيْتُ بِهِ مِنْ صَلاَةِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ. فَقَالَ ذَاكَ الظَّنُّ بِكَ. أَوْ ذَاكَ ظَنِّى بِكَ.
“Rəvayət edilir ki, Cabir ibn Səmura ﵁ demişdir: “Ömər Sədə dedi: “Sənin hər şeyin, hətta namazın haqqında şikayət edilib”. Səd dedi: “Mənə gəlincə, mən onlara ilk iki rükəti uzun, son iki rükəti isə qısa qıldırıram. Mən Allah Elçisinin ﷺ namazı kimi namaz qılaraq bir naqislik etmirəm”. Ömər dedi: “Sənin haqqında elə bunu zənn etmək olar” və ya “Sənin haqqında olan zənnim elə budur”.”
İstinad
Muslim, 1046 (Namaz, 184)
Səhih Muslim — Namaz kitabı