Namaz kitabı

Ruku və səcdələrdə nə deyilir?

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَأَبُو كُرَيْبٍ قَالاَ حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ عَنِ الأَعْمَشِ عَنْ مُسْلِمٍ عَنْ مَسْرُوقٍ عَنْ عَائِشَةَ قَالَتْ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُكْثِرُ أَنْ يَقُولَ قَبْلَ أَنْ يَمُوتَ « سُبْحَانَكَ وَبِحَمْدِكَ أَسْتَغْفِرُكَ وَأَتُوبُ إِلَيْكَ ». قَالَتْ قُلْتُ يَا رَسُولَ اللَّهِ مَا هَذِهِ الْكَلِمَاتُ الَّتِى أَرَاكَ أَحْدَثْتَهَا تَقُولُهَا قَالَ « جُعِلَتْ لِى عَلاَمَةٌ فِى أُمَّتِى إِذَا رَأَيْتُهَا قُلْتُهَا {إِذَا جَاءَ نَصْرُ اللَّهِ وَالْفَتْحُ} ». إِلَى آخِرِ السُّورَةِ.

“Rəvayət edilir ki, Aişə ﵄ demişdir: “Allah Elçisi ﷺ ölümündən qabaq bu kəlmələri çox deyərdi: “Sən pak və müqəddəssən! Sənə həmd olsun! Səndən bağışlanma diləyirəm və Sənə tövbə edirəm!” Mən dedim: “Ey Allahın Elçisi, sənin dediyin bu kəlmələr nədir?” O buyurdu: “Ümmətimdə olacaq bir əlamət mənə verildi. Onu gördükdə bu kəlmələri söyləyirəm. O əlamət “Allahın köməyi və qələbə gəldiyi zaman” (“ən-Nəsr” surəsidir)”. Surənin axırına kimi”.”

Aişə
Səhih

İstinad

Muslim, 1114 (Namaz, 252)

Səhih Muslim — Namaz kitabı