Namaz kitabı

Azanı eşidən kimsəyə müəzzinin söylədiklərini söyləməsi, sonra Peyğəmbərə ﷺ salavat deməyin və “vəsilə” məqamını istəməyin müstəhəb olması

حَدَّثَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ الْمُرَادِىُّ حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ وَهْبٍ عَنْ حَيْوَةَ وَسَعِيدِ بْنِ أَبِى أَيُّوبَ وَغَيْرِهِمَا عَنْ كَعْبِ بْنِ عَلْقَمَةَ عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ جُبَيْرٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرِو بْنِ الْعَاصِ أَنَّهُ سَمِعَ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « إِذَا سَمِعْتُمُ الْمُؤَذِّنَ فَقُولُوا مِثْلَ مَا يَقُولُ ثُمَّ صَلُّوا عَلَىَّ فَإِنَّهُ مَنْ صَلَّى عَلَىَّ صَلاَةً صَلَّى اللَّهُ عَلَيْهِ بِهَا عَشْرًا ثُمَّ سَلُوا اللَّهَ لِىَ الْوَسِيلَةَ فَإِنَّهَا مَنْزِلَةٌ فِى الْجَنَّةِ لاَ تَنْبَغِى إِلاَّ لِعَبْدٍ مِنْ عِبَادِ اللَّهِ وَأَرْجُو أَنْ أَكُونَ أَنَا هُوَ فَمَنْ سَأَلَ لِىَ الْوَسِيلَةَ حَلَّتْ لَهُ الشَّفَاعَةُ ».

“Rəvayət edilir ki, Abdullah ibn Amr ibn əl-As ﵄ Peyğəmbərin ﷺ belə buyurduğunu eşitmişdir: “Müəzzinin səsini eşitdikdə onun dediyini təkrar edin, sonra mənə salavat və salam deyin. Kim mənə bir salavat və salam desə, Allah ona on salavat və salam deyər. Sonra Allahdan mənim üçün “vəsilə” istəyin, çünki o, Cənnətdə elə bir yerdir ki, ona yalnız Allahın bəndələrindən olan bir kimsə layiqdir. Allahdan o kəsin mən olmasını diləyirəm. Kim mənim üçün Allahdan “vəsilə” (məqamını) diləsə, mənim şəfaətimə nail olar”.”

Abdullah ibn Amr ibn əl-As
Səhih

İstinad

Muslim, 875 (Namaz, 13)

Səhih Muslim — Namaz kitabı