Namazın vəsfi, nə ilə başlanıb nə ilə bitməsi, rukunun vəsfi və qamətin düz tutulması, səcdə və qamətin düz tutulması, dördrükətli namazların ikinci rükətindən sonra təşəhhüd, iki səcdə arasında və ilk təşəhhüddə necə oturulacağının bir yerdə olması
حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا بَكْرٌ - وَهُوَ ابْنُ مُضَرَ - عَنْ جَعْفَرِ بْنِ رَبِيعَةَ عَنِ الأَعْرَجِ عَنْ عَبْدِ اللَّهِ بْنِ مَالِكٍ ابْنِ بُحَيْنَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا صَلَّى فَرَّجَ بَيْنَ يَدَيْهِ حَتَّى يَبْدُوَ بَيَاضُ إِبْطَيْهِ.
“Abdullah ibn Malik ibn Buheynə ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ namaz qılarkən səcdədə qollarını qoltuqlarının ağlığı görünəcək dərəcədə açardı.”
İstinad
Muslim, 1133 (Namaz, 271)
Səhih Muslim — Namaz kitabı