Fitnəyə səbəb olmamaq şərti ilə qadınların məscidlərə gəlmələri, lakin evdən ətir vuraraq çıxmamaları
حَدَّثَنَا هَارُونُ بْنُ عَبْدِ اللَّهِ حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يَزِيدَ الْمُقْرِئُ حَدَّثَنَا سَعِيدٌ - يَعْنِى ابْنَ أَبِى أَيُّوبَ - حَدَّثَنَا كَعْبُ بْنُ عَلْقَمَةَ عَنْ بِلاَلِ بْنِ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ عَنْ أَبِيهِ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « لاَ تَمْنَعُوا النِّسَاءَ حُظُوظَهُنَّ مِنَ الْمَسَاجِدِ إِذَا اسْتَأْذَنُوكُمْ » فَقَالَ بِلاَلٌ وَاللَّهِ لَنَمْنَعُهُنَّ. فَقَالَ لَهُ عَبْدُ اللَّهِ أَقُولُ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَتَقُولُ أَنْتَ لَنَمْنَعُهُنَّ.
“Bilal ibn Abdullah ibn Ömər ﵄ atasının belə dediyini rəvayət edir: “Allah Elçisi ﷺ belə buyurdu: “Qadınlar sizdən izin istədikdə onların məscidlərdəki nəsiblərinə mane olmayın”. Bilal dedi: “Allaha and olsun, onlara mane olacağıq”. Abdullah ona dedi: “Mən sənə Allah Elçisindən ﷺ xəbər deyirəm, sən isə “Onlara mane olacağıq” deyirsən”.”
İstinad
Muslim, 1023 (Namaz, 161)
Səhih Muslim — Namaz kitabı