Namaz kitabı

Namaza başladıqda, rukuya getdidə və rukudan qalxdıqda əllərin çiyinlər səviyyəsinə qədər qaldırılmasının müstəhəbliyi, səcdədən qalxarkən bunun edilməməsi

حَدَّثَنِى أَبُو كَامِلٍ الْجَحْدَرِىُّ حَدَّثَنَا أَبُو عَوَانَةَ عَنْ قَتَادَةَ عَنْ نَصْرِ بْنِ عَاصِمٍ عَنْ مَالِكِ بْنِ الْحُوَيْرِثِ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا كَبَّرَ رَفَعَ يَدَيْهِ حَتَّى يُحَاذِىَ بِهِمَا أُذُنَيْهِ وَإِذَا رَكَعَ رَفَعَ يَدَيْهِ حَتَّى يُحَاذِىَ بِهِمَا أُذُنَيْهِ وَإِذَا رَفَعَ رَأْسَهُ مِنَ الرُّكُوعِ فَقَالَ « سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ ». فَعَلَ مِثْلَ ذَلِكَ.

“Malik ibn əl-Huveyris ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ namazda təkbir etdikdə əllərini qulaqları səviyyəsinə qədər qaldırardı. Ruku etdikdə əllərini qulaqları səviyyəsinə qədər qaldırardı. Rukudan dikəldikdə isə “Səmi Alla:hu limən həmidəh” deyərək eyni hərəkəti edərdi.”

Malik ibn əl-Huveyris
Səhih

İstinad

Muslim, 891 (Namaz, 29)

Səhih Muslim — Namaz kitabı