Namaz qılanın sütrəsi
حَدَّثَنِى مُحَمَّدُ بْنُ حَاتِمٍ حَدَّثَنَا بَهْزٌ حَدَّثَنَا عُمَرُ بْنُ أَبِى زَائِدَةَ حَدَّثَنَا عَوْنُ بْنُ أَبِى جُحَيْفَةَ أَنَّ أَبَاهُ رَأَى رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى قُبَّةٍ حَمْرَاءَ مِنْ أَدَمٍ وَرَأَيْتُ بِلاَلاً أَخْرَجَ وَضُوءًا فَرَأَيْتُ النَّاسَ يَبْتَدِرُونَ ذَلِكَ الْوَضُوءَ فَمَنْ أَصَابَ مِنْهُ شَيْئًا تَمَسَّحَ بِهِ وَمَنْ لَمْ يُصِبْ مِنْهُ أَخَذَ مِنْ بَلَلِ يَدِ صَاحِبِهِ ثُمَّ رَأَيْتُ بِلاَلاً أَخْرَجَ عَنَزَةً فَرَكَزَهَا وَخَرَجَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى حُلَّةٍ حَمْرَاءَ مُشَمِّرًا فَصَلَّى إِلَى الْعَنَزَةِ بِالنَّاسِ رَكْعَتَيْنِ وَرَأَيْتُ النَّاسَ وَالدَّوَابَّ يَمُرُّونَ بَيْنَ يَدَىِ الْعَنَزَةِ.
“Aun ibn Əbu Cuheyfə ﵀ rəvayət edir ki, atası Allah Elçisini ﷺ Məkkədə qızıl suyu ilə düzəldilmiş qübbənin içində görmüşdür. Əbu Cuheyfə deyir: “Bu vaxt Bilal dəstəmaz suyu çıxararkən onu gördüm. Gördüm ki, camaat bu sudan əldə etmək üçün cəhd edirdi. Kim bu sudan əldə edirdisə, onu üz-gözünə sürtür, sudan əldə edə bilməyən isə dostlarının əllərinin islaqlığından bir şey almağa çalışırdı. Sonra Bilalın bir nizə çıxarıb yerə batırdığını gördüm. Allah Elçisi ﷺ qırmızı libasda qollarını çırmalamış halda çıxdı. Sonra Allah Elçisi ﷺ camaata iki rükət namaz qıldırdı. Nizənin önündən insanların və heyvanların keçdiyini də gördüm”.”
İstinad
Muslim, 1148 (Namaz, 286)
Səhih Muslim — Namaz kitabı