Fitnəyə səbəb olmamaq şərti ilə qadınların məscidlərə gəlmələri, lakin evdən ətir vuraraq çıxmamaları
حَدَّثَنِى حَرْمَلَةُ بْنُ يَحْيَى أَخْبَرَنَا ابْنُ وَهْبٍ أَخْبَرَنِى يُونُسُ عَنِ ابْنِ شِهَابٍ قَالَ أَخْبَرَنِى سَالِمُ بْنُ عَبْدِ اللَّهِ أَنَّ عَبْدَ اللَّهِ بْنَ عُمَرَ قَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « لاَ تَمْنَعُوا نِسَاءَكُمُ الْمَسَاجِدَ إِذَا اسْتَأْذَنَّكُمْ إِلَيْهَا ». قَالَ فَقَالَ بِلاَلُ بْنُ عَبْدِ اللَّهِ وَاللَّهِ لَنَمْنَعُهُنَّ. قَالَ فَأَقْبَلَ عَلَيْهِ عَبْدُ اللَّهِ فَسَبَّهُ سَبًّا سَيِّئًا مَا سَمِعْتُهُ سَبَّهُ مِثْلَهُ قَطُّ وَقَالَ أُخْبِرُكَ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَتَقُولُ وَاللَّهِ لَنَمْنَعُهُنَّ.
“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Qadınlarınız sizdən izin istəsə, onlara məscidə gəlməyə mane olmayın”. Bilal ibn Abdullah dedi: “Allaha and olsun, onlara mane olacağıq”. Abdullah ona tərəf çevrilib onu pis söyüşlə söydü. Mən hələ belə söyüş eşitməmişdim. O dedi: “Mən sənə Allah Elçisindən ﷺ xəbər deyirəm, sən isə “Allaha and olsun, onlara mane olacağıq” deyirsən”.”
İstinad
Muslim, 1017 (Namaz, 155)
Səhih Muslim — Namaz kitabı