Namazın ərkanlarını yerinə yetirib tam qılmaqla yanaşı onu qısa etmək
حَدَّثَنَا خَلَفُ بْنُ هِشَامٍ حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ عَنْ ثَابِتٍ عَنْ أَنَسٍ قَالَ إِنِّى لاَ آلُو أَنْ أُصَلِّىَ بِكُمْ كَمَا رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى بِنَا. قَالَ فَكَانَ أَنَسٌ يَصْنَعُ شَيْئًا لاَ أَرَاكُمْ تَصْنَعُونَهُ كَانَ إِذَا رَفَعَ رَأْسَهُ مِنَ الرُّكُوعِ انْتَصَبَ قَائِمًا حَتَّى يَقُولَ الْقَائِلُ قَدْ نَسِىَ. وَإِذَا رَفَعَ رَأْسَهُ مِنَ السَّجْدَةِ مَكَثَ حَتَّى يَقُولَ الْقَائِلُ قَدْ نَسِىَ.
“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ bizə necə namaz qıldırdığını görmüşəmsə, sizə də elə namaz qıldıracağam”. Sabit dedi: “Ənəs elə bir şey edirdi ki, mən onu sizin etdiyinizi görmürəm. O, başını rukudan qaldırıb dikəldikdə ayaq üstə o qədər çox durardı ki, bəziləri deyərdilər: “O, (səcdə etməyi) unudub”, habelə başını səcdədən qaldırıb oturduqda o qədər çox oturardı ki, bəziləri deyərdilər: “O, (ikinci səcdəni) unudub”.”
İstinad
Muslim, 1088 (Namaz, 226)
Səhih Muslim — Namaz kitabı