Namaz kitabı

“Bəsmələ” kəlməsini “Bəraə” (Tövbə) surəsindən başqa bütün surələrin əvvəlində ayə sayanın dəlili

وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ - وَاللَّفْظُ لَهُ - حَدَّثَنَا عَلِىُّ بْنُ مُسْهِرٍ عَنِ الْمُخْتَارِ عَنْ أَنَسٍ قَالَ بَيْنَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَاتَ يَوْمٍ بَيْنَ أَظْهُرِنَا إِذْ أَغْفَى إِغْفَاءَةً ثُمَّ رَفَعَ رَأْسَهُ مُتَبَسِّمًا فَقُلْنَا مَا أَضْحَكَكَ يَا رَسُولَ اللَّهِ قَالَ « أُنْزِلَتْ عَلَىَّ آنِفًا سُورَةٌ ». فَقَرَأَ « بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ {إِنَّا أَعْطَيْنَاكَ الْكَوْثَرَ فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ إِنَّ شَانِئَكَ هُوَ الأَبْتَرُ}». ثُمَّ قَالَ « أَتَدْرُونَ مَا الْكَوْثَرُ ». فَقُلْنَا اللَّهُ وَرَسُولُهُ أَعْلَمُ. قَالَ « فَإِنَّهُ نَهْرٌ وَعَدَنِيهِ رَبِّى عَزَّ وَجَلَّ عَلَيْهِ خَيْرٌ كَثِيرٌ هُوَ حَوْضٌ تَرِدُ عَلَيْهِ أُمَّتِى يَوْمَ الْقِيَامَةِ آنِيَتُهُ عَدَدُ النُّجُومِ فَيُخْتَلَجُ الْعَبْدُ مِنْهُمْ فَأَقُولُ رَبِّ إِنَّهُ مِنْ أُمَّتِى. فَيَقُولُ مَا تَدْرِى مَا أَحْدَثَتْ بَعْدَكَ ». زَادَ ابْنُ حُجْرٍ فِى حَدِيثِهِ بَيْنَ أَظْهُرِنَا فِى الْمَسْجِدِ. وَقَالَ « مَا أَحْدَثَ بَعْدَكَ ».

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Bir gün Allah Elçisi ﷺ bizim aramızda ikən mürgülədi. Sonra gülümsəyərək başını qaldırdı. Biz “Səni güldürən nədir, ey Allahın Elçisi?” deyə soruşduq. O buyurdu: “Mənə bir müddət əvvəl bir surə nazil oldu: “Rahmən və Rahim olan Allahın adı ilə! Həqiqətən, Biz sənə Kövsər bəxş etdik! Ona görə də Rəbbin üçün namaz qıl və qurban kəs! Sənin düşmənin özü sonsuzdur!” (əl-Kövsər, 1-3). Sonra isə soruşdu: “Kövsərin nə olduğunu bilirsinizmi?” Biz dedik: “Allah və Onun Elçisi daha yaxşı bilir”. O buyurdu: “O, Rəbbimin ﷿ mənə vəd etdiyi çaydır. Onda çoxlu xeyir var. O, ümmətimin Qiyamət günü yanına yığışdığı hovuzdur. Onun qədəhlərinin sayı ulduzlar qədərdir. Bəndələrdən biri ondan uzaqlaşdırıldığı zaman, mən deyəcəyəm: “Ya Rəbb, o mənim ümmətimdəndir”. Onda mənə belə buyurulacaq: “Onların səndən sonra nə etdiklərini bilmirsən”. Ravi İbn Hucr öz hədisində “Məsciddə bizim aramızda ikən” və “O bəndənin səndən sonra nə bidətlər etdiyini” əlavə cümlələri var.”

Ənəs
Səhih

İstinad

Muslim, 921 (Namaz, 59)

Səhih Muslim — Namaz kitabı