Namaz kitabı

Zöhr və Əsr namazlarında olan qiraət

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى أَخْبَرَنَا هُشَيْمٌ عَنْ عَبْدِ الْمَلِكِ بْنِ عُمَيْرٍ عَنْ جَابِرِ بْنِ سَمُرَةَ أَنَّ أَهْلَ الْكُوفَةِ شَكَوْا سَعْدًا إِلَى عُمَرَ بْنِ الْخَطَّابِ فَذَكَرُوا مِنْ صَلاَتِهِ فَأَرْسَلَ إِلَيْهِ عُمَرُ فَقَدِمَ عَلَيْهِ فَذَكَرَ لَهُ مَا عَابُوهُ بِهِ مِنْ أَمْرِ الصَّلاَةِ فَقَالَ إِنِّى لأُصَلِّى بِهِمْ صَلاَةَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَا أَخْرِمُ عَنْهَا إِنِّى لأَرْكُدُ بِهِمْ فِى الأُولَيَيْنِ وَأَحْذِفُ فِى الأُخْرَيَيْنِ. فَقَالَ ذَاكَ الظَّنُّ بِكَ أَبَا إِسْحَاقَ.

“Cabir ibn Səmura ﵁ rəvayət edir ki, bir dəfə Kufə əhli Sədin namazı haqqında Ömər ibn əl-Xattaba şikayət etdilər. Ömər də ona xəbər göndərdi. Səd gəldikdə Ömər ona kufəlilərin onun namazına görə şikayət etdiklərini dedi. Səd də belə dedi: “Mən onlara Allah Elçisinin ﷺ qıldığı namazı qıldırıram və ondan heç bir şey əskiltmirəm. İlk iki rükəti onlara uzun, son iki rükəti isə qısa qıldırıram”. Ömər dedi: “Sənin haqqında elə bunu zənn etmək olar, ey Əbu İshaq!””

Cabir ibn Səmura
Səhih

İstinad

Muslim, 1044 (Namaz, 182)

Səhih Muslim — Namaz kitabı