Təmizlənmə kitabı

Heyzdən sonra ehrama girmək üçün qüsl alan qadının qüsl alarkən hörüklərini açması

أَخْبَرَنَا يُونُسُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا أَشْهَبُ ، عَنْ مَالِكٍ ، أَنَّ ابْنَ شِهَابٍ وَهِشَامَ بْنَ عُرْوَةَ ، حَدَّثَاهُ عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ : خَرَجْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَامَ حَجَّةِ الْوَدَاعِ ، فَأَهْلَلْتُ بِالْعُمْرَةِ ، فَقَدِمْتُ مَكَّةَ ، وَأَنَا حَائِضٌ ، فَلَمْ أَطُفْ بِالْبَيْتِ وَلاَ بَيْنَ الصَّفَا وَالْمَرْوَةِ ، فَشَكَوْتُ ذَلِكَ إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ : انْقُضِي رَأْسَكِ وَامْتَشِطِي ، وَأَهِلِّي بِالْحَجِّ وَدَعِي الْعُمْرَةَ . فَفَعَلْتُ ، فَلَمَّا قَضَيْنَا الْحَجَّ أَرْسَلَنِي مَعَ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي بَكْرٍ إِلَى التَّنْعِيمِ ، فَاعْتَمَرْتُ فَقَالَ : هَذِهِ مَكَانُ عُمْرَتِكِ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : هَذَا حَدِيثٌ غَرِيبٌ مِنْ حَدِيثِ مَالِكٍ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ لَمْ يَرْوِهِ أَحَدٌ إِلاَّ أَشْهَبُ

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ ilə Vida həccinə gedirdik. Mən ümrə etmək üçün ehrama girdim və Məkkəyə çatdıqda heyz oldum. Buna görə Kəbəni təvaf etmədim. Həmçinin Səfa və Mərva arasında səy etmədim. Bu məsələ haqda Allah Elçisinə ﷺ dedikdə o dedi: “Saçını (hörüyünü) aç və onu dara! Həcc üçün ehrama gir və ümrəni etmə!” Mən də belə etdim. Həcci bitirdikdə Allah Elçisi ﷺ məni ehrama girmək üçün Abdur-Rahmən ibn Əbu Bəkr ilə Tənim adlı yerə göndərdi. Mən də ümrə etdim. Peyğəmbər ﷺ dedi: “Bu sənin ümrə etdiyin yerdir”.”

Aişə
Səhih

İstinad

Nəsəi, 242 (Təharət, 242)

Sunən ən-Nəsəi — Təmizlənmə kitabı