Təmizlənmə kitabı

Cənabət qüslu alanın əllərini qaba salmadan yuması

أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا حُسَيْنٌ ، عَنْ زَائِدَةَ ، قَالَ : حَدَّثَنَا عَطَاءُ بْنُ السَّائِبِ قَالَ : حَدَّثَنِي أَبُو سَلَمَةَ بْنُ عَبْدِ الرَّحْمَنِ قَالَ : حَدَّثَتْنِي عَائِشَةُ رَضِيَ اللَّهُ عَنْهَا ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا اغْتَسَلَ مِنَ الْجَنَابَةِ وُضِعَ لَهُ الإِنَاءُ ، فَيَصُبُّ عَلَى يَدَيْهِ قَبْلَ أَنْ يُدْخِلَهُمَا الإِنَاءَ ، حَتَّى إِذَا غَسَلَ يَدَيْهِ أَدْخَلَ يَدَهُ الْيُمْنَى فِي الإِنَاءِ ، ثُمَّ صَبَّ بِالْيُمْنَى وَغَسَلَ فَرْجَهُ بِالْيُسْرَى ، حَتَّى إِذَا فَرَغَ صَبَّ بِالْيُمْنَى عَلَى الْيُسْرَى فَغَسَلَهُمَا ، ثُمَّ تَمَضْمَضَ وَاسْتَنْشَقَ ثَلاَثًا ، ثُمَّ يَصُبُّ عَلَى رَأْسِهِ مِلْءَ كَفَّيْهِ ثَلاَثَ مَرَّاتٍ ، ثُمَّ يُفِيضُ عَلَى جَسَدِهِ.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ cənabət qüslu aldıqda onun üçün qabda su qoyulardı. O, əllərini qaba salmamışdan qabaq onların üzərinə su tökərdi. Əllərini yuduqda, sağ əlini qaba salar, sonra sol əlinə su tökərdi. Övrət yerini sol əli ilə yuyar, yumağı bitirdikdən sonra sağ əli ilə sol əlinə su tökər və onları yuyardı. Sonra ağzını və burnunu üç dəfə yaxalayardı. Sonra başına üç dəfə ovuc dolusu su tökər, sonra da bədəninin qalan hissəsinə su töküb (yuyardı).”

Aişə
Səhih

İstinad

Nəsəi, 243 (Təharət, 243)

Sunən ən-Nəsəi — Təmizlənmə kitabı