(Qüsl alarkən) əlləri qaba salmamışdan qabaq əllərin yuyulmasının sayı
أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَطَاءِ بْنِ السَّائِبِ ، عَنْ أَبِي سَلَمَةَ قَالَ : سَأَلْتُ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا عَنْ غُسْلِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنَ الْجَنَابَةِ . فَقَالَتْ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُفْرِغُ عَلَى يَدَيْهِ ثَلاَثًا ، ثُمَّ يَغْسِلُ فَرْجَهُ ، ثُمَّ يَغْسِلُ يَدَيْهِ ، ثُمَّ يُمَضْمِضُ وَيَسْتَنْشِقُ ، ثُمَّ يُفْرِغُ عَلَى رَأْسِهِ ثَلاَثًا ، ثُمَّ يُفِيضُ عَلَى سَائِرِ جَسَدِهِ.
“Rəvayət edilir ki, Əbu Sələmə ﵀ demişdir: “Aişədən ﵂ Allah Elçisinin ﷺ cənabət qüslu haqda soruşdum. O dedi: “Peyğəmbər ﷺ əllərinin üzərinə üç dəfə su tökər, sonra övrət yerini yuyar, sonra əllərini yuyar, sonra ağzını və burnunu yaxalayar, sonra başına üç dəfə su tökər, sonra bədəninin qalan hissəsinə su töküb yuyardı”.”
İstinad
Nəsəi, 244 (Təharət, 244)
Sunən ən-Nəsəi — Təmizlənmə kitabı