Cənabət halında olanın əllərini yuduqdan sonra bədəninə bulaşan (mənini) təmizləməsi
أَخْبَرَنَا مَحْمُودُ بْنُ غَيْلاَنَ ، أَنْبَأَنَا النَّضْرُ قَالَ : أَنْبَأَنَا شُعْبَةُ قَالَ : أَنْبَأَنَا عَطَاءُ بْنُ السَّائِبِ قَالَ : سَمِعْتُ أَبَا سَلَمَةَ ، أَنَّهُ دَخَلَ عَلَى عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا فَسَأَلَهَا عَنْ غُسْلِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنَ الْجَنَابَةِ . فَقَالَتْ : كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُؤْتَى بِالإِنَاءِ فَيَصُبُّ عَلَى يَدَيْهِ ثَلاَثًا فَيَغْسِلُهُمَا ، ثُمَّ يَصُبُّ بِيَمِينِهِ عَلَى شِمَالِهِ ، فَيَغْسِلُ مَا عَلَى فَخِذَيْهِ ، ثُمَّ يَغْسِلُ يَدَيْهِ وَيَتَمَضْمَضُ وَيَسْتَنْشِقُ ، وَيَصُبُّ عَلَى رَأْسِهِ ثَلاَثًا ، ثُمَّ يُفِيضُ عَلَى سَائِرِ جَسَدِهِ.
“Rəvayət edilir ki, Əbu Sələmə ﵀ Aişənin ﵂ yanına gəlib ondan Allah Elçisinin ﷺ cənabət qüslu haqda soruşdu. Aişə dedi: “Peyğəmbərə ﷺ bir qab su gətirilər, əllərinə üç dəfə su tökərək onları yuyardı. Sonra sağ əli ilə sol əlinə su tökər və budlarına bulaşan (pislikləri) yuyardı. Sonra əllərini yuyar, ağzını və burnunu yaxalayar və başına üç dəfə su tökərdi. Sonra bədəninin digər hissələrinə su tökərdi (yuyardı)”.”
İstinad
Nəsəi, 245 (Təharət, 245)
Sunən ən-Nəsəi — Təmizlənmə kitabı