Qüsl aldıqda bədəndəki pislikləri yuduqdan sonra yenidən əlləri yumaq
أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا عُمَرُ بْنُ عُبَيْدٍ ، عَنْ عَطَاءِ بْنُ السَّائِبِ ، عَنْ أَبِي سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ قَالَ : وَصَفَتْ عَائِشَةُ غُسْلَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنَ الْجَنَابَةِ . قَالَتْ : كَانَ يَغْسِلُ يَدَيْهِ ثَلاَثًا ، ثُمَّ يُفِيضُ بِيَدِهِ الْيُمْنَى عَلَى الْيُسْرَى ، فَيَغْسِلُ فَرْجَهُ وَمَا أَصَابَهُ قَالَ عُمَرُ : وَلاَ أَعْلَمُهُ إِلاَّ قَالَ : يُفِيضُ بِيَدِهِ الْيُمْنَى عَلَى الْيُسْرَى ثَلاَثَ مَرَّاتٍ ، ثُمَّ يَتَمَضْمَضُ ثَلاَثًا ، وَيَسْتَنْشِقُ ثَلاَثًا ، وَيَغْسِلُ وَجْهَهُ ثَلاَثًا ، ثُمَّ يُفِيضُ عَلَى رَأْسِهِ ثَلاَثًا ، ثُمَّ يَصُبُّ عَلَيْهِ الْمَاءَ.
“Rəvayət edilir ki, Əbu Sələmə ibn Abdur-Rahmən ﵀ demişdir: “Aişə bizə Peyğəmbərin ﷺ cənabət qüslunu vəsf edərək buyurdu: “O, üç dəfə əllərini yuyar, sonra sağ əli ilə sol əlinə su tökərək övrət yerinə bulaşan pislikləri yuyub təmizləyərdi”. Ömər: “Mən bildiyim belədir” - dedi, sonra buyurdu: “Sağ əli ilə sol əlinə üç dəfə su tökər, sonra üç dəfə ağzını və üç dəfə burnunu yaxalayar, üç dəfə də üzünü yuyardı. Sonra başına üç dəfə su tökər, sonra (bədəninin) qalan hissələrini yuyardı”.”
İstinad
Nəsəi, 246 (Təharət, 246)
Sunən ən-Nəsəi — Təmizlənmə kitabı