Təmizlənmə kitabı

Cənabət halında olan insanın qüsl almamışdan qabaq dəstəmaz alması

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا اغْتَسَلَ مِنَ الْجَنَابَةِ بَدَأَ فَغَسَلَ يَدَيْهِ ، ثُمَّ تَوَضَّأَ كَمَا يَتَوَضَّأُ لِلصَّلاَةِ ، ثُمَّ يُدْخِلُ أَصَابِعَهُ الْمَاءَ فَيُخَلِّلُ بِهَا أُصُولَ شَعْرِهِ ، ثُمَّ يَصُبُّ عَلَى رَأْسِهِ ثَلاَثَ غُرَفٍ ، ثُمَّ يُفِيضُ الْمَاءَ عَلَى جَسَدِهِ كُلِّهِ.

“Aişə ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ cənabət qüslu aldıqda əllərini yumaqdan başlayar, sonra namaz üçün alınan dəstəmaz kimi dəstəmaz alardı. Sonra barmaqlarını suya salar və barmaqları ilə saçının diblərini ovxalayardı. Sonra başına üç ovuc su tökər, sonra bədənin qalan hissəsinə su töküb yuyardı.”

Aişə
Səhih

İstinad

Nəsəi, 247 (Təharət, 247)

Sunən ən-Nəsəi — Təmizlənmə kitabı