Təmizlənmə kitabı

Cənabət qüslu alanın başına nə qədər su tökməsinin kifayət etməsi

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا أَبُو الأَحْوَصِ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ سُلَيْمَانَ بْنِ صُرَدٍ ، عَنْ جُبَيْرِ بْنِ مُطْعِمٍ قَالَ : تَمَارَوْا فِي الْغُسْلِ عِنْدَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ . فَقَالَ بَعْضُ الْقَوْمِ : إِنِّي لأَغْسِلُ كَذَا وَكَذَا . فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَمَّا أَنَا فَأُفِيضُ عَلَى رَأْسِي ثَلاَثَ أَكُفٍّ.

“Rəvayət edilir ki, Cubeyr ibn Mutim ﵁ demişdir: “Allah Elçisinin ﷺ yanında qüsl haqda mübahisə edildi. Bəziləri dedilər: “Mən belə və ya belə qüsl alıram”. Allah Elçisi ﷺ buyurdu: “O ki qaldı mənə, mən üç ovuc suyu başıma töküb (yuyunuram)”.”

Cubeyr ibn Mutim
Səhih

İstinad

Nəsəi, 250 (Təharət, 250)

Sunən ən-Nəsəi — Təmizlənmə kitabı