Heyzdən sonra qüsl almağın qaydası
أَخْبَرَنَا عَبْدُ اللهِ بْنُ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ مَنْصُورٍ وَهُوَ ابْنُ صَفِيَّةَ ، عَنْ أُمِّهِ ، عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا ، أَنَّ امْرَأَةً سَأَلْتِ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ غُسْلِهَا مِنَ الْمَحِيضِ فَأَخْبَرَهَا كَيْفَ تَغْتَسِلُ ، ثُمَّ قَالَ : خُذِي فِرْصَةً مِنْ مَسْكٍ فَتَطَهَّرِي بِهَا . قَالَتْ : وَكَيْفَ أَتَطَهَّرُ بِهَا ؟ فَاسْتَتَرَ كَذَا ، ثُمَّ قَالَ : سُبْحَانَ اللهِ تَطَهَّرِي بِهَا . قَالَتْ عَائِشَةُ رَضِيَ اللَّهُ عَنْهَا : فَجَذَبْتُ الْمَرْأَةَ ، وَقُلْتُ : تَتَّبِعِينَ بِهَا أَثَرَ الدَّمِ.
“Aişə ﵂ rəvayət edir ki, bir qadın Peyğəmbərin ﷺ yanına gələrək heyzdən sonrakı qüsl haqda soruşdu. Peyğəmbər ﷺ də ona necə qüsl almağı başa saldı və dedi: “Müşk vurulmuş bir parça götür və onunla təmizlən”. Qadın dedi: “Mən onunla necə təmizlənim?” Peyğəmbər ﷺ (göstərərək) bu cür büründü və dedi: “Subhən-Allah! Onunla təmizlən!” Aişə ﵂ dedi: “Mən o qadını qırağa çəkib dedim: “Qanın izlərini üzərindən təmizlə”.”
İstinad
Nəsəi, 251 (Təharət, 251)
Sunən ən-Nəsəi — Təmizlənmə kitabı