Təmizlənmə kitabı

Heyz olan qadınla cinsi münasibətdən başqa hər şey etmək

أَخْبَرَنَا الْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنِ ابْنِ وَهْبٍ ، عَنْ يُونُسَ وَاللَّيْثِ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ حَبِيبٍ مَوْلَى عُرْوَةَ ، عَنْ بُدَيَّةَ - وَكَانَ اللَّيْثُ يَقُولُ : نَدَبَةَ مَوْلاَةُ مَيْمُونَةَ - عَنْ مَيْمُونَةَ قَالَتْ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُبَاشِرُ الْمَرْأَةُ مِنْ نِسَائِهِ وَهِيَ حَائِضٌ إِذَا كَانَ عَلَيْهَا إِزَارٌ يَبْلُغُ أَنْصَافَ الْفَخِذَيْنِ وَالرُّكْبَتَيْنِ فِي حَدِيثِ اللَّيْثِ - مُحْتَجِزَةً بِهِ.

“Rəvayət edilir ki, Məymunə ﵂ demişdir: “Zövcələri heyz olanda əyinlərində dizlərinə və baldırlarına düşən libas olduqları halda, Allah Elçisi ﷺ (cinsi münasibət olmadan) onlara yaxınlaşardı”. Hədisin ravilərindən biri olan Leysin hədisində: “Qadının libası övrət yerini bağlayardı”- deyilir.”

Məymunə
Səhih

İstinad

Nəsəi, 287 (Təharət, 287)

Sunən ən-Nəsəi — Təmizlənmə kitabı