Təmizlənmə kitabı

Allahın ﷿ “Səndən heyz barəsində soruşurlar...” (əl-Bəqərə, 222) kəlamının yozumu

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا سُلَيْمَانُ بْنُ حَرْبٍ ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ ثَابِثٍ ، عَنْ أَنَسٍ قَالَ : كَانَتِ الْيَهُودُ إِذَا حَاضَتِ الْمَرْأَةُ مِنْهُمْ لَمْ يُؤَاكِلُوهُنَّ وَلَمْ يُشَارِبُوهُنَّ وَلَمْ يُجَامِعُوهُنَّ فِي الْبُيُوتِ ، فَسَأَلُوا نَبِيَّ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ ذَلِكَ فَأَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ : {وَيَسْأَلُونَكَ عَنِ الْمَحِيضِ قُلْ هُوَ أَذًى} ، فَأَمَرَهُمْ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنْ يُؤَاكِلُوهُنَّ وَيُشَارِبُوهُنَّ وَيُجَامِعُوهُنَّ فِي الْبُيُوتِ ، وَأَنْ يَصْنَعُوا بِهِنَّ كُلَّ شَيْءٍ مَا خَلاَ الْجِمَاعَ.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Yəhudilər qadın heyz olduğu halda onunla birlikdə yemək yeməz, onunla birlikdə su içməz və onları evlərində saxlamazdılar. Yəhudilər Peyğəmbərdən ﷺ bu haqda soruşduqda Allah ﷿ bu ayəni nazil etdi: “Səndən heyz barəsində soruşurlar...” De: “Bu, əziyyətverici bir haldır…” (əl-Bəqərə, 222). Allah Elçisi ﷺ heyz olan qadınlarla birlikdə yeyib-içməyi, birlikdə evdə olmalarını və (ərlərinə) zövcələri ilə cinsi münasibətdən başqa hər şeyi etmələrinə icazə verdi”.”

Ənəs
Səhih

İstinad

Nəsəi, 288 (Təharət, 288)

Sunən ən-Nəsəi — Təmizlənmə kitabı