Əti yeyilən heyvanın sidiyi
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا يَزِيدُ بْنُ زُرَيْعٍ ، قَالَ : حَدَّثَنَا سَعِيدٌ ، قَالَ : حَدَّثَنَا قَتَادَةُ ، أَنَّ أَنَسَ بْنَ مَالِكٍ حَدَّثَهُمْ : أَنَّ أُنَاسًا أَوْ رِجَالاً مِنْ عُكْلٍ قَدِمُوا عَلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَتَكَلَّمُوا بِالإِسْلاَمِ فَقَالُوا : يَا رَسُولَ اللهِ ، إِنَّا أَهْلُ ضَرْعٍ ، وَلَمْ نَكُنْ أَهْلَ رِيفٍ ، وَاسْتَوْخَمُوا الْمَدِينَةَ ، فَأَمَرَ لَهُمْ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِذَوْدٍ وَرَاعٍ ، وَأَمَرَهُمْ أَنْ يَخْرُجُوا فِيهَا فَيَشْرَبُوا مِنَ الْبَانِهَا وَأَبْوَالِهَا ، فَلَمَّا صَحُّوا - وَكَانُوا بِنَاحِيَةِ الْحَرَّةِ - كَفَرُوا بَعْدَ إِسْلاَمِهِمْ وَقَتَلُوا رَاعِيَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَاسْتَاقُوا الذَّوْدَ ، فَبَلَغَ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَبَعَثَ لطَّلبِ فِي آثَارِهِمْ ، فَأُتِيَ بِهِمْ فَسَمَرُوا أَعْيُنَهُمْ وَقَطَعُوا أَيْدِيَهُمْ وَأَرْجُلَهُمْ ، ثُمَّ تُرِكُوا فِي الْحَرَّةِ عَلَى حَالِهِمْ حَتَّى مَاتُوا.
“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Ukl tayfasından olan bir toplum insan Allah Elçisinin ﷺ yanına gəlib İslamı qəbul edərək dedilər: “Ey Allahın Elçisi! Biz səhrada qalırıq və torpaqlarımız əkin becərməyə uyğun deyil. Mədinə (isə bizim yaşamağımız üçün) uyğun yer deyil”. Allah Elçisi ﷺ onlara balaca dəvə sürüsü gətirilməsini əmr etdi və onlara bir çoban verdi. Sonra onlara (şəhərdən kənara) çıxmalarını, (xəstəliklərinin getməsi üçün) heyvanların südündən və sidiyindən içmələrini əmr etdi. Onlar Hərra adlanan yerin qurtaracağında sağaldılar və İslamdan çıxaraq kafir oldular. Sonra Peyğəmbərin ﷺ onlarla göndərdiyi çobanı öldürüb sürünü apardılar. Bu söhbət Peyğəmbərə ﷺ çatdıqda onların izi ilə adam göndərdi və onları tutub gətirdilər. Onların gözlərini çıxartdılar, əllərini və ayaqlarını kəsdilər. Sonra onları isti daşlıq bir yerdə ölənə kimi tərk etdilər”.”
İstinad
Nəsəi, 305 (Təharət, 305)
Sunən ən-Nəsəi — Təmizlənmə kitabı