Təmizlənmə kitabı

Əti yeyilən heyvanın sidiyi

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ وَهْبٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، عَنْ أَبِي عَبْدِ الرَّحِيمِ قَالَ : حَدَّثَنِي زَيْدُ بْنُ أَبِي أُنَيْسَةَ ، عَنْ طَلْحَةَ بْنِ مُصَرِّفٍ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ : قَدِمَ أَعْرَابٌ مِنْ عُرَيْنَةَ إِلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَسْلَمُوا ، فَاجْتَوَوْا الْمَدِينَةَ حَتَّى اصْفَرَّتْ أَلْوَانُهُمْ وَعَظُمَتْ بُطُونُهُمْ ، فَبَعَثَ بِهِمْ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى لِقَاحٍ لَهُ ، وَأَمَرَهُمْ أَنْ يَشْرَبُوا مِنَ الْبَانِهَا وَأَبْوَالِهَا حَتَّى صَحُّوا ، فَقَتَلُوا رَاعِيَهَا وَاسْتَاقُوا الإِبِلَ ، فَبَعَثَ نَبِيُّ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي طَلَبِهِمْ ، فَأُتِيَ بِهِمْ فَقَطَعَ أَيْدِيَهُمْ وَأَرْجُلَهُمْ وَسَمَرَ أَعْيُنَهُمْ قَالَ أَمِيرُ الْمُؤْمِنِينَ عَبْدُ الْمَلِكِ لأَنَسٍ وَهُوَ يُحَدِّثُهُ هَذَا الْحَدِيثَ : بِكُفْرٍ أَمْ بِذَنْبٍ ؟ قَالَ : بِكُفْرٍ . قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : لاَ نَعْلَمُ أَحَدًا قَالَ عَنْ يَحْيَى ، عَنْ أَنَسٍ فِي هَذَا الْحَدِيثِ غَيْرَ طَلْحَةَ ، وَالصَّوَابُ عِنْدِي - وَاللَّهُ تَعَالَى أَعْلَمُ - يَحْيَى ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ مُرْسَلٌ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Ureynə adlı tayfadan olan bədəvilər Peyğəmbərin ﷺ yanına gəlib İslamı qəbul etdiklərini dedilər. Mədinənin havası onlara uyğun gəlmədi və rəngləri saraldı, qarınları şişdi. Allah Elçisi ﷺ onları dəvələr saxlanılan yerə göndərdi və onlara sağalana qədər dəvələrin südündən və sidiyindən içmələrini əmr etdi. Onlar (sağaldıqdan sonra) dəvələrin çobanını öldürüb dəvələri apardılar. Allah Elçisi ﷺ onları tutub gətirmək üçün adam göndərdi. Onları tutub gətirdilər, əlləri və ayaqları kəsildi, gözləri də çıxarıldı”. Möminlərin əmiri Abdul-Məlik hədisi danışan Ənəsə dedi: “Bu (cəza) onların küfrünə görə idi, yoxsa etdikləri günaha görə?” Ənəs dedi: “Küfrlərinə görə idi”.”

Ənəs ibn Malik
Səhih

İstinad

Nəsəi, 306 (Təharət, 306)

Sunən ən-Nəsəi — Təmizlənmə kitabı