Su və torpaq tapmadıqda təyəmmüm almaq
أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ : أَخْبَرَنَا أَبُو مُعَاوِيَةَ ، حَدَّثَنَا هِشَامُ بْنُ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ قَالَتْ : بَعَثَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أُسَيْدَ بْنَ حُضَيْرٍ وَنَاسًا يَطْلُبُونَ قِلاَدَةً كَانَتْ لِعَائِشَةَ نَسِيَتْهَا فِي مَنْزِلٍ نَزَلَتْهُ ، فَحَضَرَتِ الصَّلاَةُ وَلَيْسُوا عَلَى وُضُوءٍ ، وَلَمْ يَجِدُوا مَاءً فَصَلَّوْا بِغَيْرِ وُضُوءٍ ، فَذَكَرُوا ذَلِكَ لِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ آيَةَ التَّيَمُّمِ قَالَ : أُسَيْدُ بْنُ حُضَيْرٍ : جَزَاكِ اللَّهُ خَيْرًا ، فَوَاللَّهِ مَا نَزَلَ بِكِ أَمْرٌ تَكْرَهِينَهُ إِلاَّ جَعَلَ اللَّهُ لِكِ وَلِلْمُسْلِمِينَ فِيهِ خَيْرًا
“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ Aişənin əyləşdiyi yerdə yaddan çıxardığı boyunbağını axtarmaq üçün Useyd ibn Hudeyri və insanları göndərdi. Namazın vaxtı daxil olduqda onların suyu yox idi və (ətrafdan da) su tapa bilmədilər. Ona görə dəstəmazsız namaz qıldılar. Bunu Allah Elçisinə ﷺ dedikdə Allah ﷿ təyəmmüm ayəsini nazil etdi. Useyd ibn Hudeyr dedi: “Allah səni xeyirlə mükafatlandırsın! Allaha and olsun, Allah sənin xoşlamadığın hadisəni sənə verdi, onu sənə və müsəlmanlara xeyirli etdi”.”
İstinad
Nəsəi, 323 (Təharət, 323)
Sunən ən-Nəsəi — Təmizlənmə kitabı