Su və torpaq tapmadıqda təyəmmüm almaq
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، أَنَّ مُخَارِقًا أَخْبَرَهُمْ ، عَنْ طَارِقٍ أَنْ رَجُلاً أَجْنَبَ فَلَمْ يُصَلِّ ، فَأَتَى النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَذَكَرَ ذَلِكَ لَهُ فَقَالَ : أَصَبْتَ فَأَجْنَبَ رَجُلٌ آخَرَ فَتَيَمَّمَ وَصَلَّى ، فَأَتَاهُ فَقَالَ نَحْوَ مَا قَالَ لِلآخَرِ يَعْنِي أَصَبْتَ.
“Tariq ﵀ rəvayət edir ki, bir kişi cənabətli olduğuna görə namaz qılmadı. Həmin adam Peyğəmbərin ﷺ yanına gəldi və hadisəni ona danışdı. Peyğəmbər ﷺ həmin kişiyə dedi: “Sən düz etdin!” Başqa bir kişi (cənabətli olduğuna görə) təyəmmüm alaraq namaz qıldı. O, Peyğəmbərin ﷺ yanına gəldi və Peyğəmbər ﷺ ona əvvəlki kişiyə dediyini, yəni onun da düz etdiyini dedi.”
İstinad
Nəsəi, 324 (Təharət, 324)
Sunən ən-Nəsəi — Təmizlənmə kitabı