Sular kitabı

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ الْمُبَارَكِ ، عَنْ سُفْيَانَ ، عَنْ سِمَاكٍ ، عَنْ عِكْرِمَةَ ، عَنِ ابْنِ عَبَّاسٍ : أَنَّ بَعْضَ أَزْوَاجِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ اغْتَسَلَتْ مِنَ الْجَنَابَةِ فَتَوَضَّأَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِفَضْلِهَا فَذَكَرَتْ ذَلِكَ لَهُ فَقَالَ : إِنَّ الْمَاءَ لاَ يُنَجِّسُهُ شَيْءٌ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbərin ﷺ bəzi zövcələri cənabət qüslu aldıqda Peyğəmbər ﷺ onlardan (qabda qalan) artıq su ilə dəstəmaz alardı. Onlar bu haqda Peyğəmbərə ﷺ dedikdə o buyurdu: “Həqiqətən, suyu heç bir şey murdar etmir”.”

İbn Abbas
Səhih

İstinad

Nəsəi, 325 (Sular, 1)

Sunən ən-Nəsəi — Sular kitabı