Sunən ən-NəsəiSular kitabı

Kitab 2

Sular kitabı

كِتَابُ الْمِيَاهِ

23

hədis

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ الْمُبَارَكِ ، عَنْ سُفْيَانَ ، عَنْ سِمَاكٍ ، عَنْ عِكْرِمَةَ ، عَنِ ابْنِ عَبَّاسٍ : أَنَّ بَعْضَ أَزْوَاجِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ اغْتَسَلَتْ مِنَ الْجَنَابَةِ فَتَوَضَّأَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِفَضْلِهَا فَذَكَرَتْ ذَلِكَ لَهُ فَقَالَ : إِنَّ الْمَاءَ لاَ يُنَجِّسُهُ شَيْءٌ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbərin ﷺ bəzi zövcələri cənabət qüslu aldıqda Peyğəmbər ﷺ onlardan (qabda qalan) artıq su ilə dəstəmaz alardı. Onlar bu haqda Peyğəmbərə ﷺ dedikdə o buyurdu: “Həqiqətən, suyu heç bir şey murdar etmir”.”

İbn Abbas
SəhihNəsəi, 325 (Sular, 1)

Fəsil 0

قَالَ اللَّهُ عَزَّ وَجَلَّ : {وَأَنْزَلْنَا مِنَ السَّمَاءِ مَاءً طَهُورًا} وَقَالَ عَزَّ وَجَلَّ : {وَيُنَزِّلُ عَلَيْكُمْ مِنَ السَّمَاءِ مَاءً لِيُطَهِّرَكُمْ بِهِ} وَقَالَ تَعَالَى : {فَلَمْ تَجِدُوا مَاءً فَتَيَمَّمُوا صَعِيدًا طَيِّبًا}

Allah ﷿ buyurur: “...və Biz göydən tərtəmiz su endirdik” (əl-Furqan, 48) Allah ﷿ buyurur: “...və göydən sizin üzərinizə yağmur endirmişdi ki, onunla sizi təmizləsin” (əl-Ənfal, 11) Uca Allah buyurur: “Əgər su tapmasanız, təmiz torpaqla təyəmmüm edin” (ən-Nisa, 43)

Fəsil 1

Budaa quyusu haqda

بَابُ ذِكْرِ بِئْرِ بُضَاعَةَ

أَخْبَرَنَا هَارُونُ بْنُ عَبْدِ اللهِ ، قَالَ : حَدَّثَنَا أَبُو أُسَامَةَ ، حَدَّثَنَا الْوَلِيدُ بْنُ كَثِيرٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ كَعْبٍ الْقُرَظِيُّ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ رَافِعٍ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ قَالَ : قِيلَ يَا رَسُولَ اللهِ : أَتَتَوَضَّأُ مِنْ بِئْرِ بُضَاعَةَ وَهِيَ بِئْرٌ يُطْرَحُ فِيهَا لُحُومُ الْكِلاَبِ وَالْحِيَضُ وَالنَّتَنُ ؟ فَقَالَ : الْمَاءُ طَهُورٌ لاَ يُنَجِّسُهُ شَيْءٌ.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Peyğəmbərə ﷺ dedilər: “Ey Allahın Elçisi, biz Budaə quyusunun suyundan dəstəmaz ala bilərikmi? Bu quyuya itlərin leşləri, qadınların bezləri (bulanmış əskiləri) və iylənmiş şeylər atılır”. O dedi: “Su təmizdir və onu heç nə murdar etmir”.”

Əbu Səid əl-Xudri
SəhihNəsəi, 326 (Sular, 2)

أَخْبَرَنَا الْعَبَّاسُ بْنُ عَبْدِ الْعَظِيمِ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْمَلِكِ بْنُ عَمْرٍو ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ مُسْلِمٍ - وَكَانَ مِنَ الْعَابِدِينَ - عَنْ مُطَرِّفِ بْنِ طَرِيفٍ ، عَنْ خَالِدِ بْنِ أَبِي نَوْفٍ ، عَنْ سَلِيطٍ ، عَنِ ابْنِ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، عَنْ أَبِيهِ قَالَ : مَرَرْتُ بِالنَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ يَتَوَضَّأُ مِنْ بِئْرِ بُضَاعَةَ فَقُلْتُ : أَتَتَوَضَّأُ مِنْهَا وَهِيَ يُطْرَحُ فِيهَا مَا يُكْرَهُ مِنَ النَّتَنِ ؟ فَقَالَ : الْمَاءُ لاَ يُنَجِّسُهُ شَيْءٌ.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Bir gün Peyğəmbər ﷺ Budaə quyusundan dəstəmaz alarkən mən onun yanından keçirdim. Mən ona dedim: “Sən bu (quyunun suyu ilə) dəstəmaz alırsan?! Axı, onun içinə iylənmiş şeylər atılır”. O dedi: “Həqiqətən, suyu heç bir şey murdar etmir”.”

Əbu Səid əl-Xudrinin oğlu atasından
SəhihNəsəi, 327 (Sular, 3)

Fəsil 2

Suyun paklığının müəyyən edilməsi

بَابُ التَّوْقِيتِ فِي الْمَاءِ

أَخْبَرَنَا الْحُسَيْنُ بْنُ حُرَيْثٍ الْمَرْوَزِيُّ ، حَدَّثَنَا أَبُو أُسَامَةَ ، عَنِ الْوَلِيدِ بْنِ كَثِيرٍ ، عَنْ مُحَمَّدِ بْنِ جَعْفَرِ بْنِ الزُّبَيْرِ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، عَنْ أَبِيهِ قَالَ : سُئِلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنِ الْمَاءِ وَمَا يَنُوبُهُ مِنَ الدَّوَابِّ وَالسِّبَاعِ ؟ فَقَالَ : إِذَا كَانَ الْمَاءُ قُلَّتَيْنِ لَمْ يَحْمِلِ الْخَبَثَ.

“Abdullah ibn Ömər ﵄ atasının belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ yırtıcı və digər heyvanların murdarladığı su haqda soruşuldu. O, belə buyurdu: “(Murdarlanan) su iki qüllətdən az olarsa, özü-özülüyündə təmiz olmur və təmizlənməyə vasitə sayılmır”.”

Ubeydullah ibn Abdullah ibn Ömər atasından
SəhihNəsəi, 328 (Sular, 4)

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ ، عَنْ ثَابِتٍ ، عَنْ أَنَسٍ : أَنَّ أَعْرَابِيًّا بَالَ فِي الْمَسْجِدِ فَقَامَ إِلَيْهِ بَعْضُ الْقَوْمِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لاَ تُزْرِمُوهُ ، فَلَمَّا فَرَغَ دَعَا بِدَلْوٍ مِنْ مَاءٍ فَصَبَّهُ عَلَيْهِ.

“Ənəs ﵁ rəvayət edir ki, bir bədəvi məsciddə kiçik subaşına çıxdı. Camaatın içindən bəziləri ona mane olmaq üçün ayağa qalxdılar. Allah Elçisi ﷺ onlara dedi: “Onunla işiniz olmasın”. O, işini bitirdikdən sonra onun sidiyinin üstünə bir vedrə su tökdülər.”

Ənəs
SəhihNəsəi, 329 (Sular, 5)

أَخْبَرَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ إِبْرَاهِيمَ ، عَنْ عُمَرَ بْنِ عَبْدِ الْوَاحِدِ ، عَنِ الأَوْزَاعِيِّ ، عَنْ مُحَمَّدِ بْنِ الْوَلِيدِ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عَبْدِ اللهِ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : قَامَ أَعْرَابِيٌّ فَبَالَ فِي الْمَسْجِدِ فَتَنَاوَلَهُ النَّاسُ ، فَقَالَ لَهُمْ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : دَعُوهُ وَأَهْرِيقُوا عَلَى بَوْلِهِ دَلْوًا مِنْ مَاءٍ ؛ فَإِنَّمَا بُعِثْتُمْ مُيَسِّرِينَ وَلَمْ تُبْعَثُوا مُعَسِّرِينَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir bədəvi qalxıb məsciddə kiçik subaşına çıxdı və insanlar onu tənbeh etmək istədilər. Allah Elçisi ﷺ isə onlara dedi: “Buraxın onu! Sidiyinin üzərinə də bir qab su tökün. Həqiqətən, siz çətinləşdirən deyil, asanlaşdıran olaraq göndərilmisiniz”.”

Əbu Hureyra
SəhihNəsəi, 330 (Sular, 6)

Fəsil 3

Durğun suda cənabət qüslu almağın qadağan olması

النَّهْيُ عَنِ اغْتِسَالِ الْجُنُبِ فِي الْمَاءِ الدَّائِمِ

أَخْبَرَنَا الْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنِ ابْنِ وَهْبٍ ، عَنْ عَمْرٍو - وَهُوَ ابْنُ الْحَارِثِ ، عَنْ بُكَيْرٍ ، أَنَّ أَبَا السَّائِبِ حَدَّثَهُ ، أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ يَقُولُ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لاَ يَغْتَسِلْ أَحَدُكُمْ فِي الْمَاءِ الدَّائِمِ وَهُوَ جُنُبٌ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biriniz cənabət halında olduqda durğun suda qüsl almasın”.”

Əbu Hureyra
SəhihNəsəi, 331 (Sular, 7)

Fəsil 4

Dəstəmazı dəniz suyu ilə almaq

الْوُضُوءُ بِمَاءِ الْبَحْرِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ صَفْوَانَ بْنِ سُلَيْمٍ ، عَنْ سَعِيدِ بْنِ أَبِي سَلَمَةَ ، أَنَّ الْمُغِيرَةَ بْنَ أَبِي بُرْدَةَ أَخْبَرَهُ ، أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ يَقُولُ : سَأَلَ رَجُلٌ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ : يَا رَسُولَ اللهِ إِنَّا نَرْكَبُ الْبَحْرَ وَنَحْمِلُ مَعَنَا الْقَلِيلَ مِنَ الْمَاءِ ، فَإِنْ تَوَضَّأْنَا بِهِ عَطِشْنَا ، أَفَنَتَوَضَّأُ مِنْ مَاءِ الْبَحْرِ ؟ فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : هُوَ الطَّهُورُ مَاؤُهُ الْحِلُّ مَيْتَتُهُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir kişi Allah Elçisindən ﷺ soruşdu: “Ey Allahın Elçisi! Biz dəniz ilə səfər edirik və özümüzlə az miqdarda (şirin) su götürürük. Əgər biz həmin su ilə dəstəmaz alsaq, (şirin su az olduğuna görə) susuzluqdan əziyyət çəkərik. Biz dəniz suyu ilə dəstəmaz ala bilərikmi?” Allah Elçisi ﷺ dedi: “Onun suyu təmiz, ölüsü (dəniz heyvanları isə yemək üçün) halaldır”.”

Əbu Hureyra
SəhihNəsəi, 332 (Sular, 8)

Fəsil 5

Dəstəmazı qar və dolu suyu ilə almaq

بَابُ الْوُضُوءِ بِمَاءِ الثَّلْجِ وَالْبَرَدِ

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ : أَخْبَرَنَا جَرِيرٌ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ قَالَتْ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : اللَّهُمَّ اغْسِلْ خَطَايَايَ بِمَاءِ الثَّلْجِ وَالْبَرَدِ ، وَنَقِّ قَلْبِي مِنَ الْخَطَايَا كَمَا نَقَّيْتَ الثَّوْبَ الأَبْيَضَ مِنَ الدَّنَسِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ (dua edərək) belə deyərdi: “Allahım, günahlarımı qar və dolu ilə yu! Ağ paltar kirdən təmizləndiyi kimi qəlbimi günahlardan təmizlə!””

Aişə
SəhihNəsəi, 333 (Sular, 9)

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ قَالَ : أَخْبَرَنَا جَرِيرٌ ، عَنْ عُمَارَةَ بْنِ الْقَعْقَاعِ ، عَنْ أَبِي زُرْعَةَ بْنِ عَمْرِو بْنِ جَرِيرٍ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : اللَّهُمَّ اغْسِلْنِي مِنْ خَطَايَايَ بِالثَّلْجِ وَالْمَاءِ وَالْبَرَدِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ (dua edərək) belə deyərdi: “Allahım, günahlarımı qar, su və dolu ilə yu!””

Əbu Hureyra
SəhihNəsəi, 334 (Sular, 10)

Fəsil 6

İtin yediyinin qalığı

بَابُ سُؤْرِ الْكَلْبِ

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ قَالَ : أَخْبَرَنَا عَلِيُّ بْنُ مُسْهِرٍ ، عَنِ الأَعْمَشِ ، عَنْ أَبِي رَزِينٍ وَأَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِذَا وَلَغَ الْكَلْبُ فِي إِنَاءِ أَحَدِكُمْ فَلْيُرِقْهُ ، ثُمَّ لِيَغْسِلْهُ سَبْعَ مَرَّاتٍ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə dedi: “Sizdən birinizin qabını it yalayarsa, qabın içindəkini atsın, sonra qabı yeddi dəfə yusun”.”

Əbu Hureyra
SəhihNəsəi, 335 (Sular, 11)

Fəsil 7

İtin yaladığı qabın torpaqla təmizlənməsi

بَابُ تَعْفِيرِ الإِنَاءِ بِالتُّرَابِ مِنْ وُلُوغِ الْكَلْبِ فِيهِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، يَعْنِي ابْنَ الْحَارِثِ ، عَنْ شُعْبَةَ ، عَنْ أَبِي التَّيَّاحِ قَالَ : سَمِعْتُ مُطَرِّفًا ، عَنْ عَبْدِ اللهِ بْنِ مُغَفَّلٍ : أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَمَرَ بِقَتْلِ الْكِلاَبِ ، وَرَخَّصَ فِي كَلْبِ الصَّيْدِ وَالْغَنَمِ ، وَقَالَ : إِذَا وَلَغَ الْكَلْبُ فِي الإِنَاءِ فَاغْسِلُوهُ سَبْعَ مَرَّاتٍ ، وَعَفِّرُوهُ الثَّامِنَةَ بِالتُّرَابِ.

“Abdullah ibn Muğaffəl ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ itləri öldürməyi əmr etdi, ov və çoban itlərinin saxlanılmasına isə icazə verdi və dedi: “Əgər sizin qabınızı it yalayarsa, onu yeddi dəfə yuyun və səkkizinci dəfə torpaqla təmizləyin”.”

Abdullah ibn Muğaffəl
SəhihNəsəi, 336 (Sular, 12)

أَخْبَرَنَا عَمْرُو بْنُ يَزِيدَ ، قَالَ : حَدَّثَنَا بَهْزُ بْنُ أَسَدٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ أَبِي التَّيَّاحِ يَزِيدَ بْنِ حُمَيْدٍ قَالَ : سَمِعْتُ مُطَرِّفًا يُحَدِّثُ ، عَنْ عَبْدِ اللهِ بْنِ مُغَفَّلٍ قَالَ : أَمَرَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِقَتْلِ الْكِلاَبِ قَالَ : مَا بَالُهُمْ وَبَالُ الْكِلاَبِ ؟ قَالَ : وَرَخَّصَ فِي كَلْبِ الصَّيْدِ وَكَلْبِ الْغَنَمِ وَقَالَ : إِذَا وَلَغَ الْكَلْبُ فِي الإِنَاءِ فَاغْسِلُوهُ سَبْعَ مَرَّاتٍ ، وَعَفِّرُوا الثَّامِنَةَ بِالتُّرَابِ. خَالَفَهُ أَبُو هُرَيْرَةَ فَقَالَ : إِحْدَاهُنَّ بِالتُّرَابِ

“Rəvayət edilir ki, Abdullah ibn Muğaffəl ﵁ demişdir: “Allah Elçisi ﷺ itləri öldürməyi əmr etdi”. Ravi dedi: “Onlar hara, itlər hara!?” Abdullah ibn Muğaffəl dedi: “Peyğəmbər ﷺ bizə ov və çoban itlərini saxlamağa icazə verərək belə buyurdu: “Bir qabı it yalayarsa, onu yeddi dəfə yuyun, səkkizinci dəfə isə torpaqla təmizləyin”. Əbu Hureyra buna qarşı çıxıb dedi: “Onlardan birini torpaqla”.”

Abdullah ibn Muğaffəl
SəhihNəsəi, 337 (Sular, 13)

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، حَدَّثَنَا مُعَاذُ بْنُ هِشَامٍ قَالَ : حَدَّثَنِي أَبِي ، عَنْ قَتَادَةَ ، عَنْ خِلاَسٍ ، عَنْ أَبِي رَافِعٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِذَا وَلَغَ الْكَلْبُ فِي إِنَاءِ أَحَدِكُمْ فَلْيَغْسِلْهُ سَبْعَ مَرَّاتٍ أُولاَهُنَّ بِالتُّرَابِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən birinizin qabını it yalayarsa, qoy o qabı birini torpaqla təmizləməklə yeddi dəfə yusun”.”

Əbu Hureyra
SəhihNəsəi, 338 (Sular, 14)

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا عَبْدَةُ بْنُ سُلَيْمَانَ ، عَنِ ابْنِ أَبِي عَرُوبَةَ ، عَنْ قَتَادَةَ ، عَنِ ابْنِ سِيرِينَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِذَا وَلَغَ الْكَلْبُ فِي إِنَاءِ أَحَدِكُمْ فَلْيَغْسِلْهُ سَبْعَ مَرَّاتٍ أُولاَهُنَّ بِالتُّرَابِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ buyurdu: “Sizdən birinizin qabını it yalayarsa, qoy o qabı birini torpaqla təmizləməklə yeddi dəfə yusun”.”

Əbu Hureyra
SəhihNəsəi, 339 (Sular, 15)

Fəsil 8

Pişiyin yediyinin qalığı

بَابُ سُؤْرِ الْهِرَّةِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ إِسْحَاقَ بْنِ عَبْدِ اللهِ بْنِ أَبِي طَلْحَةَ ، عَنْ حُمَيْدَةَ بِنْتِ عُبَيْدِ بْنِ رِفَاعَةَ ، عَنْ كَبْشَةَ بِنْتِ كَعْبِ بْنِ مَالِكٍ : أَنَّ أَبَا قَتَادَةَ دَخَلَ عَلَيْهَا - ثُمَّ ذَكَرَ كَلِمَةً مَعْنَاهَا - فَسَكَبْتُ لَهُ وَضُوءًا ، فَجَاءَتْ هِرَّةٌ فَشَرِبَتْ مِنْهُ ، فَأَصْغَى لَهَا الإِنَاءَ حَتَّى شَرِبَتْ . قَالَتْ كَبْشَةُ : فَرَآنِي أَنْظُرُ إِلَيْهِ فَقَالَ : أَتَعْجَبِينَ يَا ابْنَةَ أَخِي ؟ قُلْتُ : نَعَمْ . قَالَ : إِنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِنَّهَا ليْسَتْ بِنَجَسٍ , إِنَّمَا هِيَ مِنَ الطَّوَّافِينَ عَليْكُمْ وَالطَّوَّافَاتِ.

“Rəvayət edilir ki, Kəbşə bint Kəb ibn Malik ﵀ demişdir: “Əbu Qatədə evimə daxil oldu və mən ona dəstəmaz almaq üçün (bir qaba) su tökdüm. Bir pişik gəlib həmin qabdan içməyə başladı və rahat içsin deyə Əbu Qatədə qabı pişiyə yaxınlaşdırdı. Mənim ona baxdığımı gördükdə isə dedi: “Sən təəccüblənirsənmi, ey qardaşım qızı?” Mən dedim: “Bəli!” O dedi: “Allah Elçisi ﷺ belə buyurdu: “Pişik murdar deyil. O, ətrafınızda gəzib dolaşan heyvanlardandır”.”

Kəbşə bint Kəb ibn Malik
SəhihNəsəi, 340 (Sular, 16)

Fəsil 9

Heyzli qadının yeməyinin qalığı

بَابُ سُؤْرِ الْحَائِضِ

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ ، عَنْ سُفْيَانَ ، عَنِ الْمِقْدَامِ بْنِ شُرَيْحٍ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ : كُنْتُ أَتَعَرَّقُ الْعَرْقَ فَيَضَعُ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَاهُ حَيْثُ وَضَعْتُهُ وَأَنَا حَائِضٌ ، وَكُنْتُ أَشْرَبُ مِنَ الإِنَاءِ فَيَضَعُ فَاهُ حَيْثُ وَضَعْتُ وَأَنَا حَائِضٌ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən sümüklü ət tikəsi yeyirdim. Mənim ağzımı qoyub dişlədiyim yerdən Allah Elçisi ﷺ də ağzını qoyub dişləyirdi. Halbuki, mən heyz halında idim. Həmçinin o, mənim qabdan su içdiyim yerdən ağzını qoyub su içərdi. Halbuki, mən heyz halında idim”.”

Aişə
SəhihNəsəi, 341 (Sular, 17)

Fəsil 10

Qadının aldığı dəstəmazın qalığından istifadə etməyin icazəli olması

بَابُ الرُّخْصَةِ فِي فَضْلِ الْمَرْأَةِ

أَخْبَرَنَا هَارُونُ بْنُ عَبْدِ اللهِ ، قَالَ : حَدَّثَنَا مَعْنٌ ، قَالَ : حَدَّثَنَا مَالِكٌ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ قَالَ : كَانَ الرِّجَالُ وَالنِّسَاءُ يَتَوَضَّئُونَ فِي زَمَانِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ جَمِيعًا.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisinin ﷺ dövründə (hicab ayəsi nazil olmamışdan əvvəl) kişilər və qadınlar bir yerdə dəstəmaz alırdılar”.”

İbn Ömər
SəhihNəsəi, 342 (Sular, 18)

Fəsil 11

Qadının aldığı dəstəmazın qalığından istifadə etməyin qadağan olması

بَابُ النَّهْيِ عَنْ فَضْلِ وُضُوءِ الْمَرْأَةِ

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا أَبُو دَاوُدَ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَاصِمٍ الأَحْوَلِ قَالَ : سَمِعْتُ أَبَا حَاجِبٍ قَالَ : أَبُو عَبْدِ الرَّحْمَنِ وَاسْمُهُ سَوَادَةُ بْنُ عَاصِمٍ ، عَنِ الْحَكَمِ بْنِ عَمْرٍو ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ نَهَى أَنْ يَتَوَضَّأَ الرَّجُلُ بِفَضْلِ وُضُوءِ الْمَرْأَةِ.

“əl-Həkəm ibn Amr ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ kişiyə qadının aldığı dəstəmazın qalığı ilə dəstəmaz almağı qadağan etmişdir.”

əl-Həkəm ibn Amr
SəhihNəsəi, 343 (Sular, 19)

Fəsil 12

Cənabət halından qüsl alarkən artıq qalan sudan istifadə etməyin icazəli olması

الرُّخْصَةُ فِي فَضْلِ الْجُنُبِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ : أَنَّهَا كَانَتْ تَغْتَسِلُ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي الإِنَاءِ الْوَاحِدِ.

“Aişə ﵂ rəvayət edir ki, o, Allah Elçisi ﷺ ilə bir qabdan (istifadə edərək) qüsl almışdır.”

Aişə
SəhihNəsəi, 344 (Sular, 20)

Fəsil 13

Qüsl və dəstəmaz almaq üçün insana kifayət edən suyun miqdarı

بَابُ الْقَدْرِ الَّذِي يَكْتَفِي بِهِ الإِنْسَانُ مِنَ الْمَاءِ لِلْوُضُوءِ وَالْغُسْلِ

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ قَالَ : حَدَّثَنِي عَبْدُ اللهِ بْنُ عَبْدِ اللهِ بْنِ جَبْرٍ قَالَ : سَمِعْتُ أَنَسَ بْنَ مَالِكٍ يَقُولُ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَتَوَضَّأُ بِمَكُّوكٍ وَيَغْتَسِلُ بِخَمْسَةِ مَكَاكِيَّ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ bir məkkuk su ilə dəstəmaz, beş məkkuk su ilə qüsl alardı”.”

Ənəs ibn Malik
SəhihNəsəi, 345 (Sular, 21)

أَخْبَرَنَا هَارُونُ بْنُ إِسْحَاقَ الْكُوفِيُّ ، قَالَ : حَدَّثَنَا عَبْدَةُ ، يَعْنِي ابْنَ سُلَيْمَانَ ، عَنْ سَعِيدٍ ، عَنْ قَتَادَةَ ، عَنْ صَفِيَّةَ بِنْتِ شَيْبَةَ ، عَنْ عَائِشَةَ : أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَتَوَضَّأُ بِمُدٍّ وَيَغْتَسِلُ بِنَحْوِ الصَّاعِ.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ bir mudd su ilə dəstəmaz, təqribən bir saa su ilə də qüsl alardı.”

Aişə
SəhihNəsəi, 346 (Sular, 22)

أَخْبَرَنَا أَبُو بَكْرِ بْنُ إِسْحَاقَ ، قَالَ : حَدَّثَنَا الْحَسَنُ بْنُ مُوسَى ، حَدَّثَنَا شَيْبَانُ ، عَنْ قَتَادَةَ ، عَنِ الْحَسَنِ ، عَنْ أُمِّهِ ، عَنْ عَائِشَةَ قَالَتْ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَتَوَضَّأُ بِالْمُدِّ وَيَغْتَسِلُ بِالصَّاعِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ bir mudd su ilə dəstəmaz, bir saa su ilə də qüsl alardı”.”

Aişə
SəhihNəsəi, 347 (Sular, 23)