Pişiyin yediyinin qalığı
أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ إِسْحَاقَ بْنِ عَبْدِ اللهِ بْنِ أَبِي طَلْحَةَ ، عَنْ حُمَيْدَةَ بِنْتِ عُبَيْدِ بْنِ رِفَاعَةَ ، عَنْ كَبْشَةَ بِنْتِ كَعْبِ بْنِ مَالِكٍ : أَنَّ أَبَا قَتَادَةَ دَخَلَ عَلَيْهَا - ثُمَّ ذَكَرَ كَلِمَةً مَعْنَاهَا - فَسَكَبْتُ لَهُ وَضُوءًا ، فَجَاءَتْ هِرَّةٌ فَشَرِبَتْ مِنْهُ ، فَأَصْغَى لَهَا الإِنَاءَ حَتَّى شَرِبَتْ . قَالَتْ كَبْشَةُ : فَرَآنِي أَنْظُرُ إِلَيْهِ فَقَالَ : أَتَعْجَبِينَ يَا ابْنَةَ أَخِي ؟ قُلْتُ : نَعَمْ . قَالَ : إِنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِنَّهَا ليْسَتْ بِنَجَسٍ , إِنَّمَا هِيَ مِنَ الطَّوَّافِينَ عَليْكُمْ وَالطَّوَّافَاتِ.
“Rəvayət edilir ki, Kəbşə bint Kəb ibn Malik ﵀ demişdir: “Əbu Qatədə evimə daxil oldu və mən ona dəstəmaz almaq üçün (bir qaba) su tökdüm. Bir pişik gəlib həmin qabdan içməyə başladı və rahat içsin deyə Əbu Qatədə qabı pişiyə yaxınlaşdırdı. Mənim ona baxdığımı gördükdə isə dedi: “Sən təəccüblənirsənmi, ey qardaşım qızı?” Mən dedim: “Bəli!” O dedi: “Allah Elçisi ﷺ belə buyurdu: “Pişik murdar deyil. O, ətrafınızda gəzib dolaşan heyvanlardandır”.”
İstinad
Nəsəi, 340 (Sular, 16)
Sunən ən-Nəsəi — Sular kitabı