Heyz və istihazə kitabı

Qadının hər ayın müəyyən günlərində heyz olması

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ يَزِيدَ بْنِ أَبِي حَبِيبٍ ، عَنْ جَعْفَرِ بْنِ رَبِيعَةَ ، عَنْ عِرَاكِ بْنِ مَالِكٍ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ قَالَتْ : إِنَّ أُمَّ حَبِيبَةَ سَأَلَتْ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنِ الدَّمِ ؟ فَقَالَتْ عَائِشَةُ : رَأَيْتُ مِرْكَنَهَا مَلآنَ دَمًا ، فَقَالَ لَهَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : امْكُثِي قَدْرَ مَا كَانَتْ تَحْبِسُكِ حَيْضَتُكِ ، ثُمَّ اغْتَسِلِي

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Ummu Həbibə Allah Elçisindən ﷺ (davamiyyətli gələn heyz) qanı haqda soruşdu”. Aişə deyir: “Mən onun yuyunmaq üçün olan ləyəninin qan ilə dolu olduğunu gördüm”. Allah Elçisi ﷺ ona dedi: “Heyzdən hesab etdiyin vaxtı gözlə, sonra qüsl al (və namaz qıl)!””

Aişə
Səhih

İstinad

Nəsəi, 352 (Heyz, 5)

Sunən ən-Nəsəi — Heyz və istihazə kitabı