Sunən ən-NəsəiHeyz və istihazə kitabı

Kitab 3

Heyz və istihazə kitabı

كِتَابُ الْحَيْضِ وَالاِسْتِحَاضَةِ

49

hədis

Fəsil 1

Heyzin başlanması və heyz nifas adlanırmı?

بَابُ بَدْءِ الْحَيْضِ , وَهَلْ يُسَمَّى الْحَيْضُ نِفَاسًا ؟

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، أَخْبَرَنَا سُفْيَانُ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الْقَاسِمِ بْنِ مُحَمَّدِ بْنِ أَبِي بَكْرٍ الصِّدِّيقِ رَضِيَ اللَّهُ عَنْهُ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ قَالَتْ : خَرَجْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لاَ نُرَى إِلاَّ الْحَجَّ ، فَلَمَّا كُنَّا بِسَرِفَ حِضْتُ ، فَدَخَلَ عَلَيَّ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَأَنَا أَبْكِي فَقَالَ : مَا لَكِ أَنَفِسْتِ ؟ قُلْتُ : نَعَمْ . قَالَ : هَذَا أَمْرٌ كَتَبَهُ اللَّهُ عَزَّ وَجَلَّ عَلَى بَنَاتِ آدَمَ ، فَاقْضِي مَا يَقْضِي الْحَاجُّ غَيْرَ أَنْ لاَ تَطُوفِي بِالْبَيْتِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ ilə birlikdə həcc etmək üçün yola düşdük. Sərif deyilən yerə çatdıqda mən heyz oldum. Allah Elçisi ﷺ mənim yanıma gəldikdə mən ağlayırdım. O dedi: “Sənə nə olub, heyz olmusan?” Mən də: “Bəli”- dedim. O dedi: “Bu, Allahın ﷿ Adəm qızları üçün əzəldən müəyyən etdiyi bir işdir. Buna görə də sən, Evi (Kəbəni) təvaf etməkdən başqa hacıların yerinə yetirdiyi (həcc əməllərinin hamısını) yerinə yetir”.”

Aişə
SəhihNəsəi, 348 (Heyz, 1)

Fəsil 2

İstihazə halında gələn qan, bu qanın gəlməsi və dayanması haqda

ذِكْرُ الاِسْتِحَاضَةِ وَإِقْبَالِ الدَّمِ وَإِدْبَارِهِ

أَخْبَرَنَا عِمْرَانُ بْنُ يَزِيدَ ، قَالَ : حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ عَبْدِ اللهِ وَهُوَ ابْنُ سَمَاعَةَ ، قَالَ : حَدَّثَنَا الأَوْزَاعِيُّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ قَالَ : أَخْبَرَنِي هِشَامُ بْنُ عُرْوَةَ ، عَنْ عُرْوَةَ ، أَنَّ فَاطِمَةَ بِنْتَ قَيْسٍ مِنْ بَنِي أَسَدِ قُرَيْشٍ ، أَنَّهَا أَتَتْ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَذَكَرَتْ أَنَّهَا تُسْتَحَاضُ فَزَعَمَتْ أَنَّهُ قَالَ لَهَا : إِنَّمَا ذَلِكَ عِرْقٌ فَإِذَا أَقْبَلَتِ الْحَيْضَةُ فَدَعِي الصَّلاَةَ ، وَإِذَا أَدْبَرَتْ فَاغْتَسِلِي وَاغْسِلِي عَنْكِ الدَّمَ ، ثُمَّ صَلِّي.

“Rəvayət edilir ki, Bəni Əsəd Qureyşi tayfasından olan Fatimə bint Qeys ﵂ Allah Elçisinin ﷺ yanına gəldi və istihazə olduğunu dedi. Peyğəmbər ﷺ buyurdu: “Bu, (xəstəlik səbəbi ilə) damardan gələn qandır. Heyz qanı başladıqda namazı tərk et, heyz qanı dayandıqda isə qanı yu və qüsl al, sonra isə namaz qıl”.”

Fatimə bint Qeys
SəhihNəsəi, 349 (Heyz, 2)

أَخْبَرَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، قَالَ : حَدَّثَنَا سَهْلُ بْنُ هَاشِمٍ ، قَالَ : حَدَّثَنَا الأَوْزَاعِيُّ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِذَا أَقْبَلَتِ الْحَيْضَةُ فَدَعِي الصَّلاَةَ وَإِذَا أَدْبَرَتْ فَاغْتَسِلِي.

“Aişə ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Heyz başladıqda, namazdan uzaqlaş, heyz qurtardıqda isə qüsl al!””

Aişə
SəhihNəsəi, 350 (Heyz, 3)

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ قَالَتْ : اسْتَفْتَتْ أُمُّ حَبِيبَةَ بِنْتُ جَحْشٍ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَتْ : يَا رَسُولَ اللهِ ، إِنِّي أُسْتَحَاضُ فَقَالَ : إِنَّ ذَلِكَ عِرْقٌ فَاغْتَسِلِي ، ثُمَّ صَلِّي فَكَانَتْ تَغْتَسِلُ عِنْدَ كُلِّ صَلاَةٍ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Ummu Həbibə bint Cəhş Allah Elçisindən ﷺ soruşdu: “Ey Allahın Elçisi, mən istihazə oluram”. Peyğəmbər ﷺ dedi: “Həqiqətən, bu, damar qanıdır. Yuyun, sonra namaz qıl!” O da hər namaz üçün yuyunaraq namaz qılardı”.”

Aişə
SəhihNəsəi, 351 (Heyz, 4)

Fəsil 3

Qadının hər ayın müəyyən günlərində heyz olması

الْمَرْأَةُ يَكُونُ لَهَا أَيَّامٌ مَعْلُومَةٌ تَحِيضُهَا كُلَّ شَهْرٍ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ يَزِيدَ بْنِ أَبِي حَبِيبٍ ، عَنْ جَعْفَرِ بْنِ رَبِيعَةَ ، عَنْ عِرَاكِ بْنِ مَالِكٍ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ قَالَتْ : إِنَّ أُمَّ حَبِيبَةَ سَأَلَتْ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنِ الدَّمِ ؟ فَقَالَتْ عَائِشَةُ : رَأَيْتُ مِرْكَنَهَا مَلآنَ دَمًا ، فَقَالَ لَهَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : امْكُثِي قَدْرَ مَا كَانَتْ تَحْبِسُكِ حَيْضَتُكِ ، ثُمَّ اغْتَسِلِي

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Ummu Həbibə Allah Elçisindən ﷺ (davamiyyətli gələn heyz) qanı haqda soruşdu”. Aişə deyir: “Mən onun yuyunmaq üçün olan ləyəninin qan ilə dolu olduğunu gördüm”. Allah Elçisi ﷺ ona dedi: “Heyzdən hesab etdiyin vaxtı gözlə, sonra qüsl al (və namaz qıl)!””

Aişə
SəhihNəsəi, 352 (Heyz, 5)

أَخْبَرَنَا بِهِ قُتَيْبَةُ مَرَّةً أُخْرَى ، وَلَمْ يَذْكُرْ فِيهِ جَعْفَرَ بْنَ رَبِيعَةَ

“Eyni hədisdir.”

Aişə
SəhihNəsəi, 353 (Heyz, 6)

أَنْبَأَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْمُبَارَكِ ، قَالَ : حَدَّثَنَا أَبُو أُسَامَةَ ، قَالَ : حَدَّثَنَا عُبَيْدُ اللهِ بْنُ عُمَرَ : أَخْبَرَنِي عَنْ نَافِعٍ ، عَنْ سُلَيْمَانَ بْنِ يَسَارٍ ، عَنْ أُمِّ سَلَمَةَ قَالَتْ : سَأَلَتِ امْرَأَةٌ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَتْ : إِنِّي أُسْتَحَاضُ فَلاَ أَطْهُرُ أَفَأَدَعُ الصَّلاَةَ ؟ قَالَ : لاَ . وَلَكِنْ دَعِي قَدْرَ تِلْكَ الأَيَّامِ وَاللَّيَالِي الَّتِي كُنْتِ تَحِيضِينَ فِيهَا ، ثُمَّ اغْتَسِلِي وَاسْتَثْفِرِي وَصَلِّي

“Rəvayət edilir ki, Ummu Sələmə ﵂ demişdir: “Bir qadın Peyğəmbərə ﷺ belə bir sual verdi: “Mən istihazə oluram və təmizlənmirəm, namazı tərk edimmi?” O dedi: “Xeyr, sən adi günlərdə və gecələrdə heyz günləri qədər gözlə, sonra qüsl al, qanı saxlamaq üçün əski parçasından istifadə et və namaz qıl”.”

Ummu Sələmə
SəhihNəsəi, 354 (Heyz, 7)

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ نَافِعٍ ، عَنْ سُلَيْمَانَ بْنِ يَسَارٍ ، عَنْ أُمِّ سَلَمَةَ ، أَنَّ امْرَأَةً كَانَتْ تُهَرَاقُ الدَّمَ عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ اسْتَفْتَتْ لَهَا أُمُّ سَلَمَةَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ : لِتَنْظُرْ عَدَدَ اللَّيَالِي وَالأَيَّامِ الَّتِي كَانَتْ تَحِيضُ مِنَ الشَّهْرِ قَبْلَ أَنْ يُصِيبَهَا الَّذِي أَصَابَهَا فَلْتَتْرُكِ الصَّلاَةَ قَدْرَ ذَلِكَ مِنَ الشَّهْرِ ، فَإِذَا خَلَّفَتْ ذَلِكَ فَلْتَغْتَسِلْ ، ثُمَّ لِتَسْتَثْفِرْ بِالثَّوْبِ ثُمَّ لِتُصَلِّ.

“Ummu Sələmə ﵂ rəvayət edir ki, Allah Elçisinin ﷺ dövründə bir qadından davamlı şəkildə qan gəlirdi. Ummu Sələmə bu hadisəni Allah Elçisindən ﷺ soruşduqda o, belə cavab verdi: “Bu xəstəlik baş verməmişdən qabaq, hər ay heyz olduğu gecələr və gündüzlər qədər gözləsin. Bu günlər ərzində namazı tərk etsin. Bu müddət keçdikdən sonra qüsl alsın. Sonra bu haldan qorunmaq üçün bir əski parçası ilə qorunsun, sonra namaz qılsın”.”

Ummu Sələmə
SəhihNəsəi, 355 (Heyz, 8)

Fəsil 4

Heyz vaxtının hesablanması

ذِكْرُ الأَقْرَاءِ

أَخْبَرَنَا الرَّبِيعُ بْنُ سُلَيْمَانَ بْنِ دَاوُدَ بْنِ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا إِسْحَاقُ وَهُوَ ابْنُ بَكْرِ بْنِ مُضَرَ قَالَ : حَدَّثَنِي أَبِي ، عَنْ يَزِيدَ بْنِ عَبْدِ اللهِ وَهُوَ ابْنُ أُسَامَةَ بْنِ الْهَادِ ، عَنْ أَبِي بَكْرٍ وَهُوَ ابْنُ مُحَمَّدِ بْنِ عَمْرِو بْنِ حَزْمٍ ، عَنْ عَمْرَةَ ، عَنْ عَائِشَةَ قَالَتْ : إِنَّ أُمَّ حَبِيبَةَ بِنْتَ جَحْشٍ الَّتِي كَانَتْ تَحْتَ عَبْدِ الرَّحْمَنِ بْنِ عَوْفٍ ، وَأَنَّهَا اسْتُحِيضَتْ لاَ تَطْهُرُ ، فَذُكِرَ شَأْنُهَا لِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : لَيْسَتْ بِالْحَيْضَةِ وَلَكِنَّهَا رَكْضَةٌ مِنَ الرَّحِمِ ، لِتَنْظُرْ قَدْرَ قُرْئِهَا الَّتِي كَانَتْ تَحِيضُ لَهَا فَلْتَتْرُكِ الصَّلاَةَ ، ثُمَّ تَنْظُرْ مَا بَعْدَ ذَلِكَ فَلْتَغْتَسِلْ عِنْدَ كُلِّ صَلاَةٍ.

“Aişə ﵂ rəvayət edir ki, Abdur-Rahmən ibn Aufun həyat yoldaşı Ummu Həbibə bint Cəhş istihazə olurdu və təmizlənmirdi. Onun halı Allah Elçisinə ﷺ bildirildikdə o buyurdu: “Həqiqətən, bu, heyz deyil, (xəstəlik səbəbi ilə) ana bətnindən gələn damar qanıdır. Heyz günlərinin müddəti qədər gözləsin və namaz qılmasın, sonra baxsın və hər namaz üçün dəstəmaz alsın”.”

Aişə
SəhihNəsəi, 356 (Heyz, 9)

أَخْبَرَنَا أَبُو مُوسَى ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عَمْرَةَ ، عَنْ عَائِشَةَ ، أَنَّ ابْنَةَ جَحْشٍ كَانَتْ تُسْتَحَاضُ سَبْعَ سِنِينَ ، فَسَأَلَتِ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ : لَيْسَتْ بِالْحَيْضَةِ إِنَّمَا هُوَ عِرْقٌ فَأَمَرَهَا أَنْ تَتْرُكَ الصَّلاَةَ قَدْرَ أَقْرَائِهَا وَحَيْضَتِهَا وَتَغْتَسِلَ وَتُصَلِّيَ فَكَانَتْ تَغْتَسِلُ عِنْدَ كُلِّ صَلاَةٍ

“Aişə ﵂ rəvayət edir ki, Bint Cəhş yeddi il heyz olmuşdu və bu haqda Peyğəmbərdən ﷺ soruşdu. O da buyurdu: “Bu, heyz ilə əlaqədar deyil, (xəstəlik səbəbi ilə) damardan gələn qandır”. Ona heyz müddəti qədərində namazı tərk etməyi, sonra qüsl alıb namaz qılmasını əmr etdi. Ummu Həbibə isə hər namaz üçün yuyunardı.”

Aişə
SəhihNəsəi, 357 (Heyz, 10)

أَخْبَرَنَا عِيسَى بْنُ حَمَّادٍ ، أَخْبَرَنَا اللَّيْثُ ، عَنْ يَزِيدَ بْنِ أَبِي حَبِيبٍ ، عَنْ بُكَيْرِ بْنِ عَبْدِ اللهِ ، عَنِ الْمُنْذِرِ بْنِ الْمُغِيرَةِ ، عَنْ عُرْوَةَ ، أَنَّ فَاطِمَةَ بِنْتَ أَبِي حُبَيْشٍ حَدَّثَتْهُ ، أَنَّهَا أَتَتْ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ , فَشَكَتْ إِلَيْهِ الدَّمَ ، فَقَالَ لَهَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِنَّمَا ذَلِكَ عِرْقٌ , فَانْظُرِي إِذَا أَتَاكِ قُرْؤُكِ فَلاَ تُصَلِّي ، وَإِذَا مَرَّ قُرْؤُكِ فَلْتَطَهَّرِي ، ثُمَّ صَلِّي مَا بَيْنَ الْقُرْءِ إِلَى الْقُرْءِ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : قَدْ رَوَى هَذَا الْحَدِيثَ هِشَامُ بْنُ عُرْوَةَ ، عَنْ عُرْوَةَ ، وَلَمْ يَذْكُرْ فِيهِ مَا ذَكَرَ الْمُنْذِرُ.

“Urva ﵀ rəvayət edir ki, Fatimə bint Əbu Hubeyş Allah Elçisinin ﷺ yanına gələrək ondan davamlı şəkildə qan gəldiyindən şikayət etdi. Allah Elçisi ﷺ ona dedi: “Bu, (xəstəlik səbəbi ilə) damardan gələn qandır. Adi halda heyz olduğun günlər qədər hesabla və namaz qılma. Bu vaxt bitib qurtardıqda təmizlən və hesabladığın iki heyz arasında namaz qıl”.”

Urva
SəhihNəsəi, 358 (Heyz, 11)

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا عَبْدَةُ ، وَوَكِيعٌ ، وَأَبُو مُعَاوِيَةَ ، قَالَ : حَدَّثَنَا هِشَامُ بْنُ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ قَالَتْ : جَاءَتْ فَاطِمَةُ بِنْتُ أَبِي حُبَيْشٍ إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَتْ : إِنِّي امْرَأَةٌ أُسْتَحَاضُ فَلاَ أَطْهُرُ أَفَأَدَعُ الصَّلاَةَ ؟ قَالَ : لاَ . إِنَّمَا ذَلِكَ عِرْقٌ وَلَيْسَتْ بِالْحَيْضَةِ ، فَإِذَا أَقْبَلَتِ الْحَيْضَةُ فَدَعِي الصَّلاَةَ ، وَإِذَا أَدْبَرَتْ فَاغْسِلِي عَنْكِ الدَّمَ وَصَلِّي.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Fatimə bint Əbu Hubeyş Allah Elçisinin ﷺ yanına gələrək dedi: “Mən istihazə olan bir qadınam və (qan dayanmır deyə) təmizlənmirəm. Mən namazı tərk edimmi?” O dedi: “Xeyr, bu, (xəstəlik səbəbi ilə) gələn qandır, heyz deyil. Heyzin vaxtı gəldikdə, namazı tərk et. (Heyz) qurtardıqda isə qanı üzərindən təmizləyərək qüsl al və namaz qıl”.”

Aişə
SəhihNəsəi, 359 (Heyz, 12)

Fəsil 5

İstihazə olan qadının bir yuyunma ilə iki namazı cəm etməsi

جَمْعُ الْمُسْتَحَاضَةِ بَيْنَ الصَّلاَتَيْنِ وَغُسْلِهَا إِذَا جَمَعَتْ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الْقَاسِمِ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، أَنَّ امْرَأَةً مُسْتَحَاضَةً عَلَى عَهْدِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قِيلَ لَهَا : إِنَّهُ عِرْقٌ عَانِدٌ ، وَأُمِرَتْ أَنْ تُؤَخِّرَ الظُّهْرَ وَتُعَجِّلَ الْعَصْرَ وَتَغْتَسِلَ لَهُمَا غُسْلاً وَاحِدًا ، وَتُؤَخِّرَ الْمَغْرِبَ وَتُعَجِّلَ الْعِشَاءَ وَتَغْتَسِلَ لَهُمَا غُسْلاً وَاحِدًا ، وَتَغْتَسِلَ لِصَلاَةِ الصُّبْحِ غُسْلاً وَاحِدًا.

“Aişə ﵂ rəvayət edir ki, Peyğəmbərin ﷺ vaxtında istihazə olan bir qadına deyildi: “Bu, (xəstəlik səbəbi ilə) damardan davamiyyətli şəkildə gələn qandır”. Ona əmr olundu ki, Zöhr namazını gecikdirib Əsr namazını tezləşdirsin və bunlar üçün bir dəfə yuyunsun. Məğrib namazını gecikdirib İşa namazını tezləşdirsin və bunlar üçün bir dəfə yuyunsun. Sübh namazı üçün isə bir dəfə yuyunsun.”

Aişə
SəhihNəsəi, 360 (Heyz, 13)

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ ، عَنْ سُفْيَانَ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الْقَاسِمِ ، عَنِ الْقَاسِمِ ، عَنْ زَيْنَبَ بِنْتِ جَحْشٍ قَالَتْ : قُلْتُ لِلنَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِنَّهَا مُسْتَحَاضَةٌ فَقَالَ : تَجْلِسُ أَيَّامَ أَقْرَائِهَا ، ثُمَّ تَغْتَسِلُ وَتُؤَخِّرُ الظُّهْرَ وَتُعَجِّلُ الْعَصْرَ وَتَغْتَسِلُ وَتُصَلِّي ، وَتُؤَخِّرُ الْمَغْرِبَ وَتُعَجِّلُ الْعِشَاءَ وَتَغْتَسِلُ وَتُصَلِّيهِمَا جَمِيعًا ، وَتَغْتَسِلُ لِلْفَجْرِ.

“Rəvayət edilir ki, Zeynəb bint Cəhş ﵂ demişdir: “Mən Peyğəmbərə ﷺ dedim: “Mən istihazə oluram”. O dedi: “Heyz günlərində otur (namazları tərk et), sonra qüsl al və Zöhr namazını gecikdirib Əsr namazını tezləşdir və yuyunub namaz qıl. Məğrib namazını gecikdir, İşa namazını isə tezləşdir və yuyunub namazları birlikdə qıl. Sübh namazı üçün bir dəfə yuyun”.”

Zeynəb bint Cəhş
SəhihNəsəi, 361 (Heyz, 14)

Fəsil 6

İstihazə və heyz qanının fərqi

بَابُ الْفَرْقِ بَيْنَ دَمِ الْحَيْضِ وَالاِسْتِحَاضَةِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا ابْنُ أَبِي عَدِيٍّ ، عَنْ مُحَمَّدِ بْنِ عَمْرٍو وَهُوَ ابْنُ عَلْقَمَةَ بْنِ وَقَّاصٍ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ عُرْوَةَ بْنِ الزُّبَيْرِ ، عَنْ فَاطِمَةَ بِنْتِ أَبِي حُبَيْشٍ أَنَّهَا كَانَتْ تُسْتَحَاضُ فَقَالَ لَهَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِذَا كَانَ دَمُ الْحَيْضِ فَإِنَّهُ دَمٌ أَسْوَدُ يُعْرَفُ فَأَمْسِكِي عَنِ الصَّلاَةِ ، وَإِذَا كَانَ الآخَرُ فَتَوَضَّئِي ؛ فَإِنَّمَا هُوَ عِرْقٌ قَالَ مُحَمَّدُ بْنُ الْمُثَنَّى : حَدَّثَنَا ابْنُ أَبِي عَدِيٍّ هَذَا مِنْ كِتَابِهِ

“Urva ibn əz-Zubeyr ﵀ rəvayət edir ki, Fatimə bint Əbu Hubeyş istihazə olurdu. Allah Elçisi ﷺ ona dedi: “Heyz qanı qara və fərqli olur. Əgər heyz qanıdırsa, namaz qılma. Bundan başqa bir şey olanda isə dəstəmaz al, çünki bu, (xəstəlik səbəbi ilə) damarlardan gələn qandır”.”

Urva ibn əz-Zubeyr
SəhihNəsəi, 362 (Heyz, 15)

وَأَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا ابْنُ أَبِي عَدِيٍّ مِنْ حِفْظِهِ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَمْرٍو ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، أَنَّ فَاطِمَةَ بِنْتَ أَبِي حُبَيْشٍ كَانَتْ تُسْتَحَاضُ ، فَقَالَ لَهَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِنَّ دَمَ الْحَيْضِ دَمٌ أَسْوَدُ يُعْرَفُ فَإِذَا كَانَ ذَلِكَ فَأَمْسِكِي عَنِ الصَّلاَةِ ، فَإِذَا كَانَ الآخَرُ فَتَوَضَّئِي وَصَلِّي. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : قَدْ رَوَى هَذَا الْحَدِيثَ غَيْرُ وَاحِدٍ ، وَلَمْ يَذْكُرْ أَحَدٌ مِنْهُمْ مَا ذَكَرَ ابْنُ أَبِي عَدِيٍّ وَاللَّهُ تَعَالَى أَعْلَمُ

“Aişə ﵂ rəvayət edir ki, Fatimə bint Əbu Hubeyşdən heyz günlərindən olmayan günlərdə qan gəlirdi. Allah Elçisi ﷺ ona dedi: “Həqiqətən, heyz qanı qara və fərqli olur. Əgər heyz qanıdırsa, namaz qılma. Bundan başqa bir şey olanda isə dəstəmaz al və namaz qıl”.”

Aişə
SəhihNəsəi, 363 (Heyz, 16)

أَخْبَرَنَا يَحْيَى بْنُ حَبِيبِ بْنِ عَرَبِيٍّ ، عَنْ حَمَّادٍ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ قَالَتْ : اسْتُحِيضَتْ فَاطِمَةُ بِنْتُ أَبِي حُبَيْشٍ فَسَأَلَتِ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَتْ : يَا رَسُولَ اللهِ ، إِنِّي أُسْتَحَاضُ فَلاَ أَطْهُرُ أَفَأَدَعُ الصَّلاَةَ ؟ قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِنَّمَا ذَلِكَ عِرْقٌ وَلَيْسَتْ بِالْحَيْضَةِ ، فَإِذَا أَقْبَلَتِ الْحَيْضَةُ فَدَعِي الصَّلاَةَ ، وَإِذَا أَدْبَرَتْ فَاغْسِلِي عَنْكِ الدَّمَ وَتَوَضَّئِي وَصَلِّي ؛ فَإِنَّمَا ذَلِكَ عِرْقٌ وَلَيْسَتْ بِالْحَيْضَةِ . قِيلَ لَهُ : فَالْغُسْلُ ؟ قَالَ : وَذَلِكَ لاَ يَشُكُّ فِيهِ أَحَدٌ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : قَدْ رَوَى هَذَا الْحَدِيثَ غَيْرُ وَاحِدٍ عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، وَلَمْ يَذْكُرْ فِيهِ وَتَوَضَّئِي غَيْرُ حَمَّادٍ وَاللَّهُ تَعَالَى أَعْلَمُ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Fatimə bint Əbu Hubeyş istihazə olurdu və Peyğəmbərdən ﷺ soruşdu: “Ey Allahın Elçisi! Həqiqətən, mən istihazə oluram və (qan dayanmır deyə) təmizlənmirəm. Buna görə mən namazı tərk edimmi?” Allah Elçisi ﷺ dedi: “Həqiqətən, bu, (xəstəlik səbəbi ilə) damardan gələn qandır və heyz deyil. Heyzin vaxtı gəldikdə, namazı tərk et, heyzin vaxtı qurtardıqda isə özündə olan qan ləkələrini sil, dəstəmaz al və namaz qıl. Bu, (xəstəlik səbəbi ilə) damardan gələn qandır və heyz deyil”. Raviyə deyildi: “O, (heyz vaxtı bitdikdə) qüsl aldımı?” O dedi: “Bunda heç bir şübhə yoxdur”.”

Aişə
SəhihNəsəi, 364 (Heyz, 17)

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، أَنَّ فَاطِمَةَ بِنْتَ أَبِي حُبَيْشٍ أَتَتْ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَتْ : يَا رَسُولَ اللهِ ، إِنِّي أُسْتَحَاضُ فَلاَ أَطْهُرُ فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِنَّمَا ذَلِكَ عِرْقٌ وَلَيْسَتْ بِالْحَيْضَةِ ، فَإِذَا أَقْبَلَتَ الْحَيْضَةُ فَأَمْسِكِي عَنِ الصَّلاَةِ ، وَإِذَا أَدْبَرَتْ فَاغْسِلِي عَنْكِ الدَّمَ وَصَلِّي.

“Aişə ﵂ rəvayət edir ki, Fatimə bint Əbu Hubeyş Allah Elçisinin ﷺ yanına gələrək dedi: “Ey Allahın Elçisi, mən uzun müddət heyz olduğuma görə təmizlənə bilmirəm”. O dedi: “Bu, (xəstəlik səbəbi ilə) gələn qandır, heyz deyil. Heyzin vaxtı gəldikdə namazı tərk et. (Heyz) qurtardıqda isə üzərindən qanı təmizləyərək qüsl al və namaz qıl”.”

Aişə
SəhihNəsəi, 365 (Heyz, 18)

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ قَالَتْ : قَالَتْ فَاطِمَةُ بِنْتُ أَبِي حُبَيْشٍ لِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لاَ أَطْهُرُ أَفَأَدَعُ الصَّلاَةَ ؟ فَقَالَ : رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِنَّمَا ذَلِكَ عِرْقٌ وَلَيْسَتْ بِالْحَيْضَةِ ، فَإِذَا أَقْبَلَتِ الْحَيْضَةُ فَدَعِي الصَّلاَةَ ، وَإِذَا ذَهَبَ قَدْرُهَا فَاغْسِلِي عَنْكِ الدَّمَ وَصَلِّي.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Fatimə bint Əbu Hubeyş dedi: “Ey Allahın Elçisi, mən heyzdən sonra təmizlənə bilmirəm, namazı tərk edimmi?” Allah Elçisi ﷺ dedi: “Bu, (xəstəlik səbəbi ilə) damardan gələn qandır, heyz deyil. Heyz vaxtı başladıqda namazı tərk et. Heyzin vaxtı bitdikdə isə özündən qanı təmizlə və namaza başla!””

Aişə
SəhihNəsəi, 366 (Heyz, 19)

أَخْبَرَنَا أَبُو الأَشْعَثِ ، قَالَ : حَدَّثَنَا خَالِدُ بْنُ الْحَارِثِ قَالَ : سَمِعْتُ هِشَامًا يُحَدِّثُ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، أَنَّ بِنْتَ أَبِي حُبَيْشٍ قَالَتْ : يَا رَسُولَ اللهِ ، إِنِّي لاَ أَطْهُرُ أَفَأَتْرُكُ الصَّلاَةَ ؟ قَالَ : لاَ . إِنَّمَا هُوَ عِرْقٌ قَالَ خَالِدٌ : وَفِيمَا قَرَأْتُ عَلَيْهِ وَليْسَتْ بِالْحَيْضَةِ ، فَإِذَا أَقْبَلَتِ الْحَيْضَةُ فَدَعِي الصَّلاَةَ ، وَإِذَا أَدْبَرَتْ فَاغْسِلِي عَنْكِ الدَّمَ ، ثُمَّ صلِّي.

“Aişə ﵂ rəvayət edir ki, Bint Əbu Hubeyş dedi: “Ey Allahın Elçisi! Mən (heyz vaxtı bitdikdən sonra qan dayanmadığına görə) təmizlənə bilmirəm, namazı tərk edimmi?” O dedi: “Xeyr, bu, (xəstəlik səbəbi ilə) damardan gələn qandır və heyzdən deyil. Heyz vaxtı başladıqda namazı tərk et. Heyzin vaxtı bitdikdə isə özündən qanı təmizlə, sonra namaza başla!””

Aişə
SəhihNəsəi, 367 (Heyz, 20)

Fəsil 7

Sarı və bulanıq (axıntı)

بَابُ الصُّفْرَةِ وَالْكُدْرَةِ

أَخْبَرَنَا عَمْرُو بْنُ زُرَارَةَ قَالَ : أَخْبَرَنَا إِسْمَاعِيلُ ، عَنْ أَيُّوبَ ، عَنْ مُحَمَّدٍ قَالَ : قَالَتْ أُمُّ عَطِيَّةَ : كُنَّا لاَ نَعُدُّ الصُّفْرَةَ وَالْكُدْرَةَ شَيْئًا.

“Rəvayət edilir ki, Ummu Atiyyə ﵂ demişdir: “Biz sarı və bulanıq axıntını bir şey saymazdıq”.”

Ummu Atiyyə
SəhihNəsəi, 368 (Heyz, 21)

Fəsil 8

Heyzdən nə sayılır və Allahın ﷿ “Səndən heyz barəsində soruşurlar. De: “Bu, əziyyətverici bir haldır. Heyz vaxtı qadınlardan (cinsi əlaqədən) kənar olun” (əl-Bəqərə, 222) kəlamının yozumu

بَابُ مَا يُنَالُ مِنَ الْحَائِضِ وَتَأْوِيلِ قَوْلِ اللهِ عَزَّ وَجَلَّ {وَيَسْأَلُونَكَ عَنِ الْمَحِيضِ قُلْ هُوَ أَذًى فَاعْتَزِلُوا النِّسَاءَ فِي الْمَحِيضِ}

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، حَدَّثَنَا سُلَيْمَانُ بْنُ حَرْبٍ ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ ثَابِتٍ ، عَنْ أَنَسٍ قَالَ : كَانَتِ الْيَهُودُ إِذَا حَاضَتِ الْمَرْأَةُ مِنْهُمْ لَمْ يُؤَاكِلُوهُنَّ وَلاَ يُشَارِبُوهُنَّ وَلاَ يُجَامِعُوهُنَّ فِي الْبُيُوتِ ، فَسَأَلُوا النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ : {وَيَسْأَلُونَكَ عَنِ الْمَحِيضِ قُلْ هُوَ أَذًى} الآيَةَ ، فَأَمَرَهُمْ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنْ يُؤَاكِلُوهُنَّ وَيُشَارِبُوهُنَّ وَيُجَامِعُوهُنَّ فِي الْبُيُوتِ ، وَأَنْ يَصْنَعُوا بِهِنَّ كُلَّ شَيْءٍ مَا خَلاَ الْجِمَاعَ فَقَالَتِ الْيَهُودُ : مَا يَدَعُ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ شَيْئًا مِنْ أَمْرِنَا إِلاَّ خَالَفَنَا فَقَامَ أُسَيْدُ بْنُ حُضَيْرٍ وَعبَّادُ بْنُ بِشْرٍ فَأَخْبَرَا رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ , قَالاَ : أَنُجَامِعُهُنَّ فِي الْمَحِيضِ ؟ فَتَمَعَّرَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ تَمَعُّرًا شَدِيدًا , حَتَّى ظَنَنَّا أَنَّهُ قَدْ غَضِبَ ، فَقَامَا , فَاسْتَقْبَلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ هَدِيَّةَ لَبَنٍ ، فَبَعَثَ فِي آثَارِهِمَا فَرَدَّهُمَا فَسَقَاهُمَا ، فَعَرَفَ أَنَّهُ لَمْ يَغْضَبْ عَلَيْهِمَا.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Yəhudilər, heyzli qadınla nə birlikdə yeyib-içər, nə də bir evdə qalardılar. Onlar bu haqda Peyğəmbərdən ﷺ soruşduqda, Allah ﷿ bu ayəni nazil etdi: “Səndən heyz barəsində soruşurlar. De: “Bu, əziyyətverici bir haldır...” (əl-Bəqərə, 222). Allah Elçisi ﷺ onlara öz qadınları ilə heyz olan vaxtda yeyib-içməyə, bir evdə saxlamağa və onlarla cinsi yaxınlıqdan başqa hər bir şey etməyə icazə verdi. Yəhudi dedi: “Sən elə bir iş buraxmadın ki, o işdə bizə müxalif olmayasan”. Useyd ibn Hudeyr və Abbad ibn Bişr qalxıb bunu Allah Elçisinə ﷺ xəbər verib dedilər: “Bizim qadınlarımız heyz olduqda, onlarla yaxınlıq edə bilərikmi?” Allah Elçisinin ﷺ üzü qızardı və biz onun qəzəbləndiyini zənn etdik. Useyd ibn Hudeyr ilə Abbad ibn Bişr qalxıb getdilər. Bu zaman Allah Elçisinə ﷺ hədiyyə olaraq süd gətirdilər. O, gedən iki nəfərin ardı ilə adam göndərib onları geri qaytardı və onlara süd verdi. Beləliklə Allah Elçisinin ﷺ o iki nəfərə qəzəblənmədiyi bilindi”.”

Ənəs
SəhihNəsəi, 369 (Heyz, 22)

Fəsil 9

Uca Allahın qadağan etdiyini bildiyi halda zövcəsinə heyzli halda yaxınlaşanın boynuna düşən şeylər haqda

ذِكْرُ مَا يَجِبُ عَلَى مَنْ أَتَى حَلِيلَتَهُ فِي حَالِ حَيْضِهَا مَعَ عِلْمِهِ بِنهْيِ اللهِ تَعَالَى

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ شُعْبَةَ قَالَ : حَدَّثَنِي الْحَكَمُ ، عَنْ عَبْدِ الْحَمِيدِ ، عَنْ مِقْسَمٍ ، عَنِ ابْنِ عَبَّاسٍ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : فِي الرَّجُلِ يَأْتِي امْرَأَتَهُ وَهِيَ حَائِضٌ يَتَصَدَّقُ بِدِينَارٍ أَوْ بِنِصْفِ دِينَارٍ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Bir kişi zövcəsinə heyzli halda yaxınlaşarsa, onun üzərinə bir dinar və ya yarım dinar sədəqə düşür”.”

İbn Abbas
SəhihNəsəi, 370 (Heyz, 23)

Fəsil 10

Heyzli qadının ərinin yanında heyz paltarında uzanması

مُضَاجَعَةُ الْحَائِضِ فِي ثِيَابِ حَيْضَتِهَا

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا مُعَاذُ بْنُ هِشَامٍ (ح) وَأَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ : أَخْبَرَنَا مُعَاذُ بْنُ هِشَامٍ قَالَ : حَدَّثَنِي أَبِي (ح) وَأَنْبَأَنَا إِسْمَاعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ وَهُوَ ابْنُ الْحَارِثِ ، قَالَ : حَدَّثَنَا هِشَامٌ ، عَنْ يَحْيَى بْنِ أَبِي كَثِيرٍ قَالَ : حَدَّثَنِي أَبُو سَلَمَةَ ، أَنَّ زَيْنَبَ بِنْتَ أَبِي سَلَمَةَ حَدَّثَتْهُ ، أَنَّ أُمَّ سَلَمَةَ حَدَّثَتْهَا قَالَتْ : بَيْنَمَا أَنَا مُضْطَجِعَةٌ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذْ حِضْتُ فَانْسَلَلْتُ فَأَخَذْتُ ثِيَابَ حَيْضَتِي , فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَنَفِسْتِ ؟ قُلْتُ : نَعَمْ , فَدَعَانِي فَاضْطَجَعْتُ مَعَهُ فِي الْخَمِيلَةِ وَاللَّفْظُ لِعُبَيْدِ اللهِ بْنِ سَعِيدٍ

“Rəvayət edilir ki, Ummu Sələmə ﵂ demişdir: “Mən Allah Elçisi ﷺ ilə birlikdə bir örtüyün altında uzanmışdım. Bu vaxt mən heyz oldum. Yavaşca çıxıb heyz paltarımı götürüb geyindim. Allah Elçisi ﷺ mənə dedi: “Sən heyz oldunmu?” Mən dedim: “Bəli”. O, məni yanına çağırdı və onunla birlikdə bir örtüyün altında uzandım”.”

Ummu Sələmə
SəhihNəsəi, 371 (Heyz, 24)

Fəsil 11

Kişinin öz halalı ilə heyzli olduğu halda (yanında) yatması

بَابُ نَوْمِ الرَّجُلِ مَعَ حَلِيلَتِهِ فِي الشِّعَارِ الْوَاحِدِ وَهِيَ حَائِضٌ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ جَابِرِ بْنِ صُبْحٍ قَالَ : سَمِعْتُ خِلاَسًا يُحَدِّثُ ، عَنْ عَائِشَةَ قَالَتْ : كُنْتُ أَنَا وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ نَبِيتُ فِي الشِّعَارِ الْوَاحِدِ وَأَنَا طَامِثٌ حَائِضٌ ، فَإِنْ أَصَابَهُ مِنِّي شَيْءٌ غَسَلَ مَكَانَهُ لَمْ يَعْدُهُ ، ثُمَّ صَلَّى فِيهِ ، ثُمَّ يَعُودُ ، فَإِنْ أَصَابَهُ مِنِّي شَيْءٌ فَعَلَ مِثْلَ ذَلِكَ غَسَلَ مَكَانَهُ لَمْ يَعْدُهُ وَصَلَّى فِيهِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən heyzli olduğum halda Allah Elçisi ﷺ ilə bir yataqda yatardım. Əgər onun üstünə məndən bir şey düşərdisə, həmin yeri yuyar və bunu bir şey sanmayıb bu paltarda namaz qılardı. Sonra qayıdar və əgər yenə məndən bir şey düşsəydi, eyni şeyi edərdi. Bunu bir şey sanmaz və bu paltarda namaz qılardı”.”

Aişə
SəhihNəsəi, 372 (Heyz, 25)

Fəsil 12

Heyz olan qadınla cinsi münasibətdən başqa hər şey etmək

مُبَاشَرَةُ الْحَائِضِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا أَبُو الأَحْوَصِ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ عَمْرِو بْنِ شُرَحْبِيلَ ، عَنْ عَائِشَةَ قَالَتْ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَأْمُرُ إِحْدَانَا إِذَا كَانَتْ حَائِضًا أَنْ تَشُدَّ إِزَارَهَا ، ثُمَّ يُبَاشِرُهَا.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Bizdən birimiz heyzli olanda Allah Elçisi ﷺ ona alt paltarını möhkəm bağlamağı əmr edər, sonra da ona (cinsi münasibət olmadan) yaxınlaşardı”.”

Aişə
SəhihNəsəi, 373 (Heyz, 26)

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ : أَخْبَرَنَا جَرِيرٌ ، عَنْ مَنْصُورٍ ، عَنْ إِبْرَاهِيمَ ، عَنِ الأَسْوَدِ ، عَنْ عَائِشَةَ قَالَتْ : كَانَتْ إِحْدَانَا إِذَا حَاضَتْ أَمَرَهَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنْ تَتَّزِرَ ، ثُمَّ يُبَاشِرُهَا.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Bizdən birimiz heyzli olanda Allah Elçisi ﷺ ona alt paltarını möhkəm bağlamağı əmr edər, sonra da (cinsi münasibət olmadan) ona yaxınlaşardı”.”

Aişə
SəhihNəsəi, 374 (Heyz, 27)

Fəsil 13

Peyğəmbərin ﷺ qadınlarından biri heyz olduqda nə edərdi?

ذِكْرُ مَا كَانَ النَّبيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَصْنَعُهُ إِذَا حَاضَتْ إِحْدَى نِسَائِهِ

أَخْبَرَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، عَنِ ابْنِ عَيَّاشٍ وَهُوَ أَبُو بَكْرٍ ، عَنْ صَدَقَةَ بْنِ سَعِيدٍ ثُمَّ ذَكَرَ كَلِمَةً مَعْنَاهَا ، حَدَّثَنَا جُمَيْعُ بْنُ عُمَيْرٍ قَالَ : دَخَلْتُ عَلَى عَائِشَةَ مَعَ أُمِّي وَخَالَتِي فَسَأَلَتَاهَا كَيْفَ كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَصْنَعُ إِذَا حَاضَتْ إِحْدَاكُنَّ ؟ قَالَتْ : كَانَ يَأْمُرُنَا إِذَا حَاضَتْ إِحْدَانَا أَنْ تَتَّزِرَ بِإِزَارٍ وَاسِعٍ ، ثُمَّ يَلْتَزِمُ صَدْرَهَا وَثَدْيَيْهَا.

“Rəvayət edilir ki, Cumeyu ibn Umeyr ﵀ demişdir: “Mən anam və xalam ilə birlikdə Aişənin yanına gəldik. Anam və xalam ondan soruşdular: “Sizdən biriniz heyz olanda Allah Elçisi ﷺ nə edərdi?” Aişə dedi: “Bizdən biri heyz olduqda Allah Elçisi ﷺ ona qurşaqdan aşağı olan libası geniş etməsini əmr edər və onun sinəsinə yaxınlaşardı”.”

Cumeyu ibn Umeyr
ZəifNəsəi, 375 (Heyz, 28)

أَخْبَرَنَا الْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنِ ابْنِ وَهْبٍ ، عَنْ يُونُسَ وَاللَّيْثُ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ حَبِيبٍ مَوْلَى عُرْوَةَ ، عَنْ بُدَيَّةَ - وَكَانَ اللَّيْثُ يَقُولُ : نَدَبَةَ مَوْلاَةِ مَيْمُونَةَ ، عَنْ مَيْمُونَةَ قَالَتْ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُبَاشِرُ الْمَرْأَةَ مِنْ نِسَائِهِ وَهِيَ حَائِضٌ إِذَا كَانَ عَلَيْهَا إِزَارٌ يَبْلُغُ أَنْصَافَ الْفَخِذَيْنِ وَالرُّكْبَتَيْنِ فِي حَدِيثِ اللَّيْثِ تَحْتَجِزُ بِهِ.

“Rəvayət edilir ki, Məymunə ﵂ demişdir: “Zövcələri heyzli olanda əyinlərində dizlərinə və baldırlarına düşən libas olduqları halda, Allah Elçisi ﷺ (cinsi münasibət olmadan) onlara yaxınlaşardı”. Ravilərindən biri olan Leysin hədisində: “Qadının libası övrət yerini bağlayardı”- deyilir.”

Məymunə
SəhihNəsəi, 376 (Heyz, 29)

Fəsil 14

Heyz olan qadının əri ilə birlikdə yeyib-içməsi

بَابُ مُؤَاكَلَةِ الْحَائِضِ وَالشُّرْبِ مِنْ سُؤْرِهَا

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدِ بْنِ جَمِيلِ بْنِ طَرِيفٍ قَالَ : أَخْبَرَنَا يَزِيدُ عَنِ الْمِقْدَامِ بْنِ شُرَيْحِ بْنِ هَانِئٍ ، عَنْ أَبِيهِ شُرَيْحٍ ، أَنَّهُ سَأَلَ عَائِشَةَ هَلْ تَأْكُلُ الْمَرْأَةُ مَعَ زَوْجِهَا وَهِيَ طَامِثٌ ؟ قَالَتْ : نَعَمْ . كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَدْعُونِي فَآكُلُ مَعَهُ ، وَأَنَا عَارِكٌ كَانَ يَأْخُذُ الْعَرْقَ فَيُقْسِمُ عَلَيَّ فِيهِ , فَأَعْتَرِقُ مِنْهُ ثُمَّ أَضَعُهُ ، فَيَأْخُذُهُ فَيَعْتَرِقُ مِنْهُ , وَيَضَعُ فَمَهُ حَيْثُ وَضَعْتُ فَمِي مِنَ الْعَرْقِ ، وَيَدْعُو بِالشَّرَابِ فَيُقْسِمُ عَلَيَّ فِيهِ مِنْ قَبْلِ أَنْ يَشْرَبَ مِنْهُ , فَآخُذَهُ فَأَشْرَبَ مِنْهُ , ثُمَّ أَضَعَهُ ، فَيَأْخُذَهُ فَيَشْرَبَ مِنْهُ , وَيَضَعَ فَمَهُ حَيْثُ وَضَعْتُ فَمِي مِنَ الْقَدَحِ.

“Şureyh ﵀ rəvayət edir ki, Aişədən ﵂ soruşdu: “Qadın heyz halında olarkən öz əri ilə yeyib-içə bilərmi?” O dedi: “Bəli, mən heyz halında olarkən Allah Elçisi ﷺ məni çağırar və biz birlikdə yemək yeyərdik. O, bir dişləm götürdükdən sonra (ət parçasını) mənə verər, mən də bir dişləm götürdükdən sonra ona verərdim. Sonra o, mən dişlədiyim yerə ağzını qoyar və oradan dişləyərdi. Sonra su içdikdə özü içməmişdən qabaq suyu mənə verər, mən də bu sudan içərdim. İçdikdən sonra onu yerə qoyardım, o isə mənim ağzım dəyən yerdən içərdi”.”

Şureyh
SəhihNəsəi, 377 (Heyz, 30)

أَخْبَرَنِي أَيُّوبُ بْنُ مُحَمَّدٍ الْوَزَّانُ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ جَعْفَرٍ ، قَالَ : حَدَّثَنَا عُبَيْدُ اللهِ بْنُ عَمْرٍو ، عَنِ الأَعْمَشِ ، عَنِ الْمِقْدَامِ بْنِ شُرَيْحٍ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ قَالَتْ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَضَعُ فَاهُ عَلَى الْمَوْضِعِ الَّذِي أَشْرَبُ مِنْهُ وَيَشْرَبُ مِنْ فَضْلِ شَرَابِي وَأَنَا حَائِضٌ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən heyz olduğum halda Allah Elçisi ﷺ mənim içdiyim qabdan artıq qalan suyu götürərək həmin yerə ağzını qoyub içərdi”.”

Aişə
SəhihNəsəi, 378 (Heyz, 31)

Fəsil 15

Heyz olan qadının yediyinin artığından istifadə etmək

الاِنْتِفَاعُ بِفَضْلِ الْحَائِضِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ مِسْعَرٍ ، عَنِ الْمِقْدَامِ بْنِ شُرَيْحٍ ، عَنْ أَبِيهِ قَالَ : سَمِعْتُ عَائِشَةَ تَقُولُ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُنَاوِلُنِي الإِنَاءَ فَأَشْرَبُ مِنْهُ وَأَنَا حَائِضٌ ، ثُمَّ أُعْطِيهِ فَيَتَحَرَّى مَوْضِعَ فَمِي فَيَضَعُهُ عَلَى فِيهِ.

“Miqdam ibn Şureyh atasının ﵀ belə dediyini rəvayət edir: “Mən Aişənin belə dediyini eşitdim: “Mən heyzli olanda Allah Elçisi ﷺ içmək üçün su qabını mənə ötürər, mən içdikdən sonra həmin qabda ağzımın dəydiyi yeri axtarar və ağzını ora qoyub (su içərdi)”.”

Miqdam ibn Şureyh atasından
SəhihNəsəi, 379 (Heyz, 32)

أَخْبَرَنَا مَحْمُودُ بْنُ غَيْلاَنَ ، قَالَ : حَدَّثَنَا وَكِيعٌ ، قَالَ : حَدَّثَنَا مِسْعَرٌ وَسُفْيَانُ ، عَنِ الْمِقْدَامِ بْنِ شُرَيْحٍ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ قَالَتْ : كُنْتُ أَشْرَبُ مِنَ الْقَدَحِ وَأَنَا حَائِضٌ فَأُنَاوِلُهُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَيَضَعُ فَاهُ عَلَى مَوْضِعِ فِيَّ فَيَشْرَبُ مِنْهُ ، وَأَتَعَرَّقُ مِنَ الْعَرْقِ وَأَنَا حَائِضٌ فَأُنَاوِلَهُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَيَضَعُ فَاهُ عَلَى مَوْضِعِ فِيَّ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən heyzli olduğum halda su içərdim, onu Peyğəmbərə ﷺ ötürdükdə, ağzını mənim ağzımın dəydiyi yerə qoyar və içərdi. Həmçinin mən heyzli olduğum halda bir ət parçasından dişləyər və onu Peyğəmbərə ﷺ ötürərdim. O da mənim ağzım dəyən yerə öz ağzını qoyar (və oradan yeyərdi)”.”

Aişə
SəhihNəsəi, 380 (Heyz, 33)

Fəsil 16

Kişinin heyzli qadının otağında başını qadına söykəyərək Quran oxuması

بَابُ الرَّجُلِ يَقْرَأُ الْقُرْآنَ وَرَأْسُهُ فِي حِجْرِ امْرَأَتِهِ وَهِيَ حَائِضٌ

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ وَعَلِيُّ بْنُ حُجْرٍ وَاللَّفْظُ لَهُ قَالاَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ مَنْصُورٍ ، عَنْ أُمِّهِ ، عَنْ عَائِشَةَ قَالَتْ : كَانَ رَأْسُ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي حِجْرِ إِحْدَانَا وَهِيَ حَائِضٌ وَهُوَ يَقْرَأُ الْقُرْآنَ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Biz heyz olduğumuz halda Allah Elçisi ﷺ bizdən birimizin qoynuna söykənərək Quran oxuyardı”.”

Aişə
HəsənNəsəi, 381 (Heyz, 34)

Fəsil 17

Heyzli qadın namaz qılmır

بَابُ سُقُوطِ الصَّلاَةِ عَنِ الْحَائِضِ

أَخْبَرَنَا عَمْرُو بْنُ زُرَارَةَ قَالَ : أَخْبَرَنَا إِسْمَاعِيلُ ، عَنْ أَيُّوبَ ، عَنْ أَبِي قِلاَبَةَ ، عَنْ مُعَاذَةَ الْعَدَوِيَّةِ قَالَتْ : سَأَلَتِ امْرَأَةٌ عَائِشَةَ أَتَقْضِي الْحَائِضُ الصَّلاَةَ ؟ فَقَالَتْ : أَحَرُورِيَّةٌ أَنْتِ؟ قَدْ كُنَّا نَحِيضُ عِنْدَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَلاَ نَقْضِي وَلاَ نُؤْمَرُ بِقَضَاءٍ.

“Rəvayət edilir ki, Muazə əl-Adəviyyə ﵀ demişdir: “Bir qadın Aişədən soruşdu: “Heyz olan qadın namaz qılmalıdırmı?” O dedi: “Sən Hərurisən (Xəvaricsən)? Biz Allah Elçisinin ﷺ dövründə heyz olduqda namaz qılmaz və qəza etməklə də əmr olunmazdıq”.”

Muazə əl-Adəviyyə
SəhihNəsəi, 382 (Heyz, 35)

Fəsil 18

Heyzli qadının ərinə xidmət etməsi

بَابُ اسْتِخْدَامِ الْحَائِضِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، عَنْ يَزِيدَ ابْنِ كَيْسَانَ قَالَ : حَدَّثَنِي أَبُو حَازِمٍ قَالَ : قَالَ أَبُو هُرَيْرَةَ : بَيْنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي الْمَسْجِدِ إِذْ قَالَ : يَا عَائِشَةُ ، نَاوِلِينِي الثَّوْبَ . فَقَالَتْ : إِنِّي لاَ أُصَلِّي . فَقَالَ : إِنَّهُ لَيْسَ فِي يَدِكِ فَنَاوَلَتْهُ.

“Rəvayət edilir ki, Əbu Hazim ﵀ demişdir: “Əbu Hureyra dedi ki, Allah Elçisi ﷺ məsciddə olarkən buyurdu: “Ey Aişə, paltarı mənə ver!” O dedi: “Mən (heyz olduğuma görə) namaz qılmıram”. Peyğəmbər ﷺ dedi: “Bu, (yəni heyz) sənin əlində deyil”. O da (paltarı) ona verdi”.”

Əbu Hazim
SəhihNəsəi, 383 (Heyz, 36)

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ عَبِيدَةَ ، عَنِ الأَعْمَشِ (ح) وَأَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ : أَخْبَرَنَا جَرِيرٌ ، عَنِ الأَعْمَشِ ، عَنْ ثَابِتِ بْنِ عُبَيْدٍ ، عَنِ الْقَاسِمِ ابْنِ مُحَمَّدٍ قَالَ : قَالَتْ عَائِشَةُ : قَالَ لِي رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : نَاوِلِينِي الْخُمْرَةَ مِنَ الْمَسْجِدِ . فَقُلْتُ : إِنِّي حَائِضٌ . فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لَيْسَتْ حَيْضَتُكِ فِي يَدِكِ

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ mənə dedi: “Mən məsciddəyəm, mənə bir örtük ver!” Mən dedim: “Axı mən heyzli haldayam”. Allah Elçisi ﷺ buyurdu: “Heyz sənin əlində deyil”.”

Aişə
SəhihNəsəi, 384 (Heyz, 37)

قَالَ إِسْحَاقُ : أَنْبَأَنَا أَبُو مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ بِهَذَا الإِسْنَادِ مِثْلَهُ

“Eyni hədisdir.”

Aişə
SəhihNəsəi, 384m (Heyz, 37m)

Fəsil 19

Heyzli qadının məscidə xalça sərməsi

بَسْطُ الْحَائِضِ الْخُمْرَةَ فِي الْمَسْجِدِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، عَنْ سُفْيَانَ ، عَنْ مَنْبُوذٍ ، عَنْ أُمِّهِ ، أَنَّ مَيْمُونَةَ قَالَتْ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَضَعُ رَأْسَهُ فِي حِجْرِ إِحْدَانَا فَيَتْلُو الْقُرْآنَ وَهِيَ حَائِضٌ ، وَتَقُومُ إِحْدَانَا بِخُمْرَتِهِ إِلَى الْمَسْجِدِ فَتَبْسُطُهَا وَهِيَ حَائِضٌ.

“Rəvayət edilir ki, Məymunə ﵂ demişdir: “Bizdən birimiz heyzli olduğumuz halda Allah Elçisi ﷺ bizim qoynumuza söykənərək Quran oxuyardı. Həmçinin bizdən birimiz heyzli olduğumuz halda qalxıb məscidə girmədən səccadə sərərdi”.”

Məymunə
HəsənNəsəi, 385 (Heyz, 38)

Fəsil 20

Əri etikafda olduğu halda heyzli qadının onun başını yuması

بَابُ تَرْجِيلِ الْحَائِضِ رَأْسَ زَوْجِهَا وَهُوَ مُعْتَكِفٌ فِي الْمَسْجِدِ

أَخْبَرَنَا نَصْرُ بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا مَعْمَرٌ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ أَنَّهَا كَانَتْ تُرَجِّلُ رَأْسَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهِيَ حَائِضٌ وَهُوَ مُعْتَكِفٌ ، فَيُنَاوِلُهَا رَأْسَهُ وَهِيَ فِي حُجْرَتِهَا.

“Rəvayət edilir ki, Allah Elçisi ﷺ etikafda olarkən başını məsciddən kənara çıxardar, Aişə də heyz olduğu halda onun başını darayardı.”

Aişə
SəhihNəsəi, 386 (Heyz, 39)

Fəsil 21

Heyzli qadının ərinin başını yuması

غَسْلُ الْحَائِضِ رَأْسَ زَوْجِهَا

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى قَالَ : حَدَّثَنِي سُفْيَانُ قَالَ : حَدَّثَنِي مَنْصُورٌ ، عَنْ إِبْرَاهِيمَ ، عَنِ الأَسْوَدِ ، عَنْ عَائِشَةَ قَالَتْ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُدْنِي إِلَيَّ رَأْسَهُ وَهُوَ مُعْتَكِفٌ فَأَغْسِلُهُ وَأَنَا حَائِضٌ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ etikafda olarkən başını (məsciddən kənara) mənə tərəf çıxardar, mən də heyzli olduğum halda onun başını (məscidin çölündən) yuyardım”.”

Aişə
SəhihNəsəi, 387 (Heyz, 40)

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا الْفُضَيْلُ وَهُوَ ابْنُ عِيَاضٍ ، عَنِ الأَعْمَشِ ، عَنْ تَمِيمِ بْنِ سَلَمَةَ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُخْرِجُ رَأْسَهُ مِنَ الْمَسْجِدِ وَهُوَ مُعْتَكِفٌ فَأَغْسِلُهُ وَأَنَا حَائِضٌ.

“Aişə ﵂ rəvayət edir ki, məscid evə bitişik olduğuna görə Allah Elçisi ﷺ (etikafda olarkən) başını məsciddən kənara çıxardar, mən də heyzli olduğum halda onun başını yuyardım.”

Aişə
SəhihNəsəi, 388 (Heyz, 41)

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ قَالَتْ : كُنْتُ أُرَجِّلُ رَأْسَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَأَنَا حَائِضٌ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən heyzli olduğum halda Allah Elçisinin ﷺ başını darayardım”.”

Aişə
SəhihNəsəi, 389 (Heyz, 42)

Fəsil 22

Bayramlarda heyzli qadının müsəlmanların yığıncaqlarında iştirak etməsi

بَابُ شُهُودِ الْحُيَّضِ الْعِيدَيْنِ وَدَعْوَةَ الْمُسْلِمِينَ

أَخْبَرَنَا عَمْرُو بْنُ زُرَارَةَ ، قَالَ : حَدَّثَنَا إِسْمَاعِيلُ ، عَنْ أَيُّوبَ ، عَنْ حَفْصَةَ قَالَتْ كَانَتْ أُمُّ عَطِيَّةَ - لاَ تَذْكُرُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلاَّ قَالَتْ : بِأَبَا . فَقُلْتُ : أَسَمِعْتِ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ كَذَا وَكَذَا ؟ قَالَتْ : نَعَمْ . بِأَبَا - قَالَ : لِتَخْرُجِ الْعَوَاتِقُ وَذَوَاتُ الْخُدُورِ وَالْحُيَّضُ فَيَشْهَدْنَ الْخَيْرَ وَدَعْوَةَ الْمُسْلِمِينَ ، وَتَعْتَزِلِ الْحُيَّضُ الْمُصَلَّى.

“Rəvayət edilir ki, Həfsa ﵀ demişdir: “Allah Elçisi ﷺ xatırlandıqda, Ummu Atiyyə deyərdi: “Atam-anam ona fəda olsun!” Mən ona dedim: “Sən Allah Elçisindən ﷺ filan-filan sözləri deməsini eşitdinmi?” O dedi: “Bəli, atam-anam ona fəda olsun! O dedi: “Yetkinlik yaşına çatmış qızlar, qadınlar və heyz halında olan qadınlar müsəlmanların yığıncaqlarında iştirak etsinlər. Amma namaz qıldıqları yerdən kənar dursunlar”.”

Həfsa
SəhihNəsəi, 390 (Heyz, 43)

Fəsil 23

Təvafdan sonra heyz olan qadının nə etməsi

الْمَرْأَةُ تَحِيضُ بَعْدَ الإِفَاضَةِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ الْقَاسِمِ قَالَ : أَخْبَرَنِي مَالِكٌ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي بَكْرٍ ، عَنْ أَبِيهِ ، عَنْ عَمْرَةَ ، عَنْ عَائِشَةَ : أَنَّهَا قَالَتْ لِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِنَّ صَفِيَّةَ بِنْتَ حُيَيٍّ قَدْ حَاضَتْ فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لَعَلَّهَا تَحْبِسُنَا أَلَمْ تَكُنْ طَافَتْ مَعَكُنَّ بِالْبَيْتِ ؟ قَالَتْ : بَلَى . قَالَ : فَاخْرُجْنَ.

“Aişə ﵂ Allah Elçisinə ﷺ belə dediyini rəvayət edir: “Safiyyə bint Huyey heyz oldu”. Allah Elçisi ﷺ dedi: “Ola bilsin ki, o, bizi gecikdirsin. Məgər sizinlə birlikdə təvaf etmədimi?” Dedim: “Bəli, (bizimlə etdi)”. O dedi: “Onda yola düşün”.”

Aişə
SəhihNəsəi, 391 (Heyz, 44)

Fəsil 24

Ehramda olan qadın nifas olduqda nə etməlidir?

مَا تَفْعَلُ النُّفَسَاءُ عِنْدَ الإِحْرَامِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ قُدَامَةَ ، قَالَ : حَدَّثَنَا جَرِيرٌ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، عَنْ جَعْفَرِ بْنِ مُحَمَّدٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ فِي حَدِيثِ أَسْمَاءَ بِنْتِ عُمَيْسٍ حِينَ نُفِسَتْ بِذِي الْحُلَيْفَةِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ لأَبِي بَكْرٍ : مُرْهَا أَنْ تَغْتَسِلَ وَتُهِلَّ.

“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, Əsma bint Umeys Zul-Huleyfə deyilən yerdə nifas oldu. Allah Elçisi ﷺ də Əbu Bəkrə (Əsma bint Umeys Əbu Bəkrin zövcəsi idi) dedi: “Ona əmr et ki, yuyunub ehrama girsin”.”

Cabir ibn Abdullah
SəhihNəsəi, 392 (Heyz, 45)

Fəsil 25

Doğuşdan sonra ölən qadının cənazəsi

بَابُ الصَّلاَةِ عَلَى النُّفَسَاءِ

أَخْبَرَنَا حُمَيْدُ بْنُ مَسْعَدَةَ ، عَنْ عَبْدِ الْوَارِثِ ، عَنْ حُسَيْنٍ يَعْنِي الْمُعَلِّمَ ، عَنِ ابْنِ بُرَيْدَةَ ، عَنْ سَمُرَةَ قَالَ : صَلَّيْتُ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى أُمِّ كَعْبٍ مَاتَتْ فِي نِفَاسِهَا فَقَامَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي الصَّلاَةِ فِي وَسَطِهَا.

“Rəvayət edilir ki, Səmura ﵁ demişdir: “Nifas vaxtı ölən Ummu Kəb üçün Allah Elçisi ﷺ ilə birlikdə cənazə namazını qıldım. Allah Elçisi ﷺ cənazənin ortasında dayanmışdı”.”

Səmura
SəhihNəsəi, 393 (Heyz, 46)

Fəsil 26

Paltarın heyz qanına bulaşması

بَابُ دَمِ الْحَيْضِ يُصِيبُ الثَّوْبَ

أَخْبَرَنَا يَحْيَى بْنُ حَبِيبِ بْنِ عَرَبِيٍّ ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ فَاطِمَةَ بِنْتِ الْمُنْذِرِ ، عَنْ أَسْمَاءَ بِنْتِ أَبِي بَكْرٍ وَكَانَتْ تَكُونُ فِي حَجْرِهَا ، أَنَّ امْرَأَةً اسْتَفْتَتِ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ دَمِ الْحَيْضِ يُصِيبُ الثَّوْبَ ؟ فَقَالَ : حُتِّيهِ وَاقْرُصِيهِ وَانْضَحِيهِ وَصَلِّي فِيهِ.

“Fatimə bint əl-Munzir ﵀ rəvayət edir ki, Əsma bint Əbu Bəkr otağında olarkən bir qadın Peyğəmbərdən ﷺ heyz qanının paltara dəyməsi haqda soruşdu. O buyurdu: ”Dırnağınla onu qaşı və ovxalayıb yu, sonra namazını qıl”.”

Fatimə bint əl-Munzir
SəhihNəsəi, 394 (Heyz, 47)

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ سُفْيَانَ قَالَ : حَدَّثَنِي أَبُو الْمِقْدَامِ ثَابِتٌ الْحَدَّادُ ، عَنْ عَدِيِّ بْنِ دِينَارٍ قَالَ : سَمِعْتُ أُمَّ قَيْسٍ بِنْتَ مِحْصَنٍ أَنَّهَا سَأَلَتْ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ دَمِ الْحَيْضَةِ يُصِيبُ الثَّوْبَ ؟ قَالَ : حُكِّيهِ بِضِلَعٍ وَاغْسِلِيهِ بِمَاءٍ وَسِدْرٍ.

“Rəvayət edilir ki, Adiy ibn Dinar ﵀ demişdir: “Ummu Qeys bint Mihsandan eşitdim ki, o, Allah Elçisindən ﷺ heyz qanının paltara dəyməsi haqda soruşduqda Peyğəmbər ﷺ belə demişdir: “Onu daşla (budaqla, sümüklə) sürtüb təmizlə, su və sidrlə yu!””

Adiy ibn Dinar
SəhihNəsəi, 395 (Heyz, 48)