Heyz və istihazə kitabı

İstihazə halında gələn qan, bu qanın gəlməsi və dayanması haqda

أَخْبَرَنَا عِمْرَانُ بْنُ يَزِيدَ ، قَالَ : حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ عَبْدِ اللهِ وَهُوَ ابْنُ سَمَاعَةَ ، قَالَ : حَدَّثَنَا الأَوْزَاعِيُّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ قَالَ : أَخْبَرَنِي هِشَامُ بْنُ عُرْوَةَ ، عَنْ عُرْوَةَ ، أَنَّ فَاطِمَةَ بِنْتَ قَيْسٍ مِنْ بَنِي أَسَدِ قُرَيْشٍ ، أَنَّهَا أَتَتْ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَذَكَرَتْ أَنَّهَا تُسْتَحَاضُ فَزَعَمَتْ أَنَّهُ قَالَ لَهَا : إِنَّمَا ذَلِكَ عِرْقٌ فَإِذَا أَقْبَلَتِ الْحَيْضَةُ فَدَعِي الصَّلاَةَ ، وَإِذَا أَدْبَرَتْ فَاغْتَسِلِي وَاغْسِلِي عَنْكِ الدَّمَ ، ثُمَّ صَلِّي.

“Rəvayət edilir ki, Bəni Əsəd Qureyşi tayfasından olan Fatimə bint Qeys ﵂ Allah Elçisinin ﷺ yanına gəldi və istihazə olduğunu dedi. Peyğəmbər ﷺ buyurdu: “Bu, (xəstəlik səbəbi ilə) damardan gələn qandır. Heyz qanı başladıqda namazı tərk et, heyz qanı dayandıqda isə qanı yu və qüsl al, sonra isə namaz qıl”.”

Fatimə bint Qeys
Səhih

İstinad

Nəsəi, 349 (Heyz, 2)

Sunən ən-Nəsəi — Heyz və istihazə kitabı