Heyz və istihazə kitabı

Heyzin başlanması və heyz nifas adlanırmı?

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، أَخْبَرَنَا سُفْيَانُ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الْقَاسِمِ بْنِ مُحَمَّدِ بْنِ أَبِي بَكْرٍ الصِّدِّيقِ رَضِيَ اللَّهُ عَنْهُ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ قَالَتْ : خَرَجْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لاَ نُرَى إِلاَّ الْحَجَّ ، فَلَمَّا كُنَّا بِسَرِفَ حِضْتُ ، فَدَخَلَ عَلَيَّ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَأَنَا أَبْكِي فَقَالَ : مَا لَكِ أَنَفِسْتِ ؟ قُلْتُ : نَعَمْ . قَالَ : هَذَا أَمْرٌ كَتَبَهُ اللَّهُ عَزَّ وَجَلَّ عَلَى بَنَاتِ آدَمَ ، فَاقْضِي مَا يَقْضِي الْحَاجُّ غَيْرَ أَنْ لاَ تَطُوفِي بِالْبَيْتِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ ilə birlikdə həcc etmək üçün yola düşdük. Sərif deyilən yerə çatdıqda mən heyz oldum. Allah Elçisi ﷺ mənim yanıma gəldikdə mən ağlayırdım. O dedi: “Sənə nə olub, heyz olmusan?” Mən də: “Bəli”- dedim. O dedi: “Bu, Allahın ﷿ Adəm qızları üçün əzəldən müəyyən etdiyi bir işdir. Buna görə də sən, Evi (Kəbəni) təvaf etməkdən başqa hacıların yerinə yetirdiyi (həcc əməllərinin hamısını) yerinə yetir”.”

Aişə
Səhih

İstinad

Nəsəi, 348 (Heyz, 1)

Sunən ən-Nəsəi — Heyz və istihazə kitabı