Heyz olan qadının yediyinin artığından istifadə etmək
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ مِسْعَرٍ ، عَنِ الْمِقْدَامِ بْنِ شُرَيْحٍ ، عَنْ أَبِيهِ قَالَ : سَمِعْتُ عَائِشَةَ تَقُولُ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُنَاوِلُنِي الإِنَاءَ فَأَشْرَبُ مِنْهُ وَأَنَا حَائِضٌ ، ثُمَّ أُعْطِيهِ فَيَتَحَرَّى مَوْضِعَ فَمِي فَيَضَعُهُ عَلَى فِيهِ.
“Miqdam ibn Şureyh atasının ﵀ belə dediyini rəvayət edir: “Mən Aişənin belə dediyini eşitdim: “Mən heyzli olanda Allah Elçisi ﷺ içmək üçün su qabını mənə ötürər, mən içdikdən sonra həmin qabda ağzımın dəydiyi yeri axtarar və ağzını ora qoyub (su içərdi)”.”
İstinad
Nəsəi, 379 (Heyz, 32)
Sunən ən-Nəsəi — Heyz və istihazə kitabı