Heyzdən nə sayılır və Allahın ﷿ “Səndən heyz barəsində soruşurlar. De: “Bu, əziyyətverici bir haldır. Heyz vaxtı qadınlardan (cinsi əlaqədən) kənar olun” (əl-Bəqərə, 222) kəlamının yozumu
أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، حَدَّثَنَا سُلَيْمَانُ بْنُ حَرْبٍ ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ ثَابِتٍ ، عَنْ أَنَسٍ قَالَ : كَانَتِ الْيَهُودُ إِذَا حَاضَتِ الْمَرْأَةُ مِنْهُمْ لَمْ يُؤَاكِلُوهُنَّ وَلاَ يُشَارِبُوهُنَّ وَلاَ يُجَامِعُوهُنَّ فِي الْبُيُوتِ ، فَسَأَلُوا النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ : {وَيَسْأَلُونَكَ عَنِ الْمَحِيضِ قُلْ هُوَ أَذًى} الآيَةَ ، فَأَمَرَهُمْ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنْ يُؤَاكِلُوهُنَّ وَيُشَارِبُوهُنَّ وَيُجَامِعُوهُنَّ فِي الْبُيُوتِ ، وَأَنْ يَصْنَعُوا بِهِنَّ كُلَّ شَيْءٍ مَا خَلاَ الْجِمَاعَ فَقَالَتِ الْيَهُودُ : مَا يَدَعُ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ شَيْئًا مِنْ أَمْرِنَا إِلاَّ خَالَفَنَا فَقَامَ أُسَيْدُ بْنُ حُضَيْرٍ وَعبَّادُ بْنُ بِشْرٍ فَأَخْبَرَا رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ , قَالاَ : أَنُجَامِعُهُنَّ فِي الْمَحِيضِ ؟ فَتَمَعَّرَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ تَمَعُّرًا شَدِيدًا , حَتَّى ظَنَنَّا أَنَّهُ قَدْ غَضِبَ ، فَقَامَا , فَاسْتَقْبَلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ هَدِيَّةَ لَبَنٍ ، فَبَعَثَ فِي آثَارِهِمَا فَرَدَّهُمَا فَسَقَاهُمَا ، فَعَرَفَ أَنَّهُ لَمْ يَغْضَبْ عَلَيْهِمَا.
“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Yəhudilər, heyzli qadınla nə birlikdə yeyib-içər, nə də bir evdə qalardılar. Onlar bu haqda Peyğəmbərdən ﷺ soruşduqda, Allah ﷿ bu ayəni nazil etdi: “Səndən heyz barəsində soruşurlar. De: “Bu, əziyyətverici bir haldır...” (əl-Bəqərə, 222). Allah Elçisi ﷺ onlara öz qadınları ilə heyz olan vaxtda yeyib-içməyə, bir evdə saxlamağa və onlarla cinsi yaxınlıqdan başqa hər bir şey etməyə icazə verdi. Yəhudi dedi: “Sən elə bir iş buraxmadın ki, o işdə bizə müxalif olmayasan”. Useyd ibn Hudeyr və Abbad ibn Bişr qalxıb bunu Allah Elçisinə ﷺ xəbər verib dedilər: “Bizim qadınlarımız heyz olduqda, onlarla yaxınlıq edə bilərikmi?” Allah Elçisinin ﷺ üzü qızardı və biz onun qəzəbləndiyini zənn etdik. Useyd ibn Hudeyr ilə Abbad ibn Bişr qalxıb getdilər. Bu zaman Allah Elçisinə ﷺ hədiyyə olaraq süd gətirdilər. O, gedən iki nəfərin ardı ilə adam göndərib onları geri qaytardı və onlara süd verdi. Beləliklə Allah Elçisinin ﷺ o iki nəfərə qəzəblənmədiyi bilindi”.”
İstinad
Nəsəi, 369 (Heyz, 22)
Sunən ən-Nəsəi — Heyz və istihazə kitabı