Peyğəmbərin ﷺ qadınlarından biri heyz olduqda nə edərdi?
أَخْبَرَنَا الْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنِ ابْنِ وَهْبٍ ، عَنْ يُونُسَ وَاللَّيْثُ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ حَبِيبٍ مَوْلَى عُرْوَةَ ، عَنْ بُدَيَّةَ - وَكَانَ اللَّيْثُ يَقُولُ : نَدَبَةَ مَوْلاَةِ مَيْمُونَةَ ، عَنْ مَيْمُونَةَ قَالَتْ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُبَاشِرُ الْمَرْأَةَ مِنْ نِسَائِهِ وَهِيَ حَائِضٌ إِذَا كَانَ عَلَيْهَا إِزَارٌ يَبْلُغُ أَنْصَافَ الْفَخِذَيْنِ وَالرُّكْبَتَيْنِ فِي حَدِيثِ اللَّيْثِ تَحْتَجِزُ بِهِ.
“Rəvayət edilir ki, Məymunə ﵂ demişdir: “Zövcələri heyzli olanda əyinlərində dizlərinə və baldırlarına düşən libas olduqları halda, Allah Elçisi ﷺ (cinsi münasibət olmadan) onlara yaxınlaşardı”. Ravilərindən biri olan Leysin hədisində: “Qadının libası övrət yerini bağlayardı”- deyilir.”
İstinad
Nəsəi, 376 (Heyz, 29)
Sunən ən-Nəsəi — Heyz və istihazə kitabı