Heyz və istihazə kitabı

Bayramlarda heyzli qadının müsəlmanların yığıncaqlarında iştirak etməsi

أَخْبَرَنَا عَمْرُو بْنُ زُرَارَةَ ، قَالَ : حَدَّثَنَا إِسْمَاعِيلُ ، عَنْ أَيُّوبَ ، عَنْ حَفْصَةَ قَالَتْ كَانَتْ أُمُّ عَطِيَّةَ - لاَ تَذْكُرُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلاَّ قَالَتْ : بِأَبَا . فَقُلْتُ : أَسَمِعْتِ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ كَذَا وَكَذَا ؟ قَالَتْ : نَعَمْ . بِأَبَا - قَالَ : لِتَخْرُجِ الْعَوَاتِقُ وَذَوَاتُ الْخُدُورِ وَالْحُيَّضُ فَيَشْهَدْنَ الْخَيْرَ وَدَعْوَةَ الْمُسْلِمِينَ ، وَتَعْتَزِلِ الْحُيَّضُ الْمُصَلَّى.

“Rəvayət edilir ki, Həfsa ﵀ demişdir: “Allah Elçisi ﷺ xatırlandıqda, Ummu Atiyyə deyərdi: “Atam-anam ona fəda olsun!” Mən ona dedim: “Sən Allah Elçisindən ﷺ filan-filan sözləri deməsini eşitdinmi?” O dedi: “Bəli, atam-anam ona fəda olsun! O dedi: “Yetkinlik yaşına çatmış qızlar, qadınlar və heyz halında olan qadınlar müsəlmanların yığıncaqlarında iştirak etsinlər. Amma namaz qıldıqları yerdən kənar dursunlar”.”

Həfsa
Səhih

İstinad

Nəsəi, 390 (Heyz, 43)

Sunən ən-Nəsəi — Heyz və istihazə kitabı