Heyz və istihazə kitabı

İstihazə və heyz qanının fərqi

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، أَنَّ فَاطِمَةَ بِنْتَ أَبِي حُبَيْشٍ أَتَتْ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَتْ : يَا رَسُولَ اللهِ ، إِنِّي أُسْتَحَاضُ فَلاَ أَطْهُرُ فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِنَّمَا ذَلِكَ عِرْقٌ وَلَيْسَتْ بِالْحَيْضَةِ ، فَإِذَا أَقْبَلَتَ الْحَيْضَةُ فَأَمْسِكِي عَنِ الصَّلاَةِ ، وَإِذَا أَدْبَرَتْ فَاغْسِلِي عَنْكِ الدَّمَ وَصَلِّي.

“Aişə ﵂ rəvayət edir ki, Fatimə bint Əbu Hubeyş Allah Elçisinin ﷺ yanına gələrək dedi: “Ey Allahın Elçisi, mən uzun müddət heyz olduğuma görə təmizlənə bilmirəm”. O dedi: “Bu, (xəstəlik səbəbi ilə) gələn qandır, heyz deyil. Heyzin vaxtı gəldikdə namazı tərk et. (Heyz) qurtardıqda isə üzərindən qanı təmizləyərək qüsl al və namaz qıl”.”

Aişə
Səhih

İstinad

Nəsəi, 365 (Heyz, 18)

Sunən ən-Nəsəi — Heyz və istihazə kitabı