Heyz və istihazə kitabı

İstihazə olan qadının bir yuyunma ilə iki namazı cəm etməsi

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الْقَاسِمِ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، أَنَّ امْرَأَةً مُسْتَحَاضَةً عَلَى عَهْدِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قِيلَ لَهَا : إِنَّهُ عِرْقٌ عَانِدٌ ، وَأُمِرَتْ أَنْ تُؤَخِّرَ الظُّهْرَ وَتُعَجِّلَ الْعَصْرَ وَتَغْتَسِلَ لَهُمَا غُسْلاً وَاحِدًا ، وَتُؤَخِّرَ الْمَغْرِبَ وَتُعَجِّلَ الْعِشَاءَ وَتَغْتَسِلَ لَهُمَا غُسْلاً وَاحِدًا ، وَتَغْتَسِلَ لِصَلاَةِ الصُّبْحِ غُسْلاً وَاحِدًا.

“Aişə ﵂ rəvayət edir ki, Peyğəmbərin ﷺ vaxtında istihazə olan bir qadına deyildi: “Bu, (xəstəlik səbəbi ilə) damardan davamiyyətli şəkildə gələn qandır”. Ona əmr olundu ki, Zöhr namazını gecikdirib Əsr namazını tezləşdirsin və bunlar üçün bir dəfə yuyunsun. Məğrib namazını gecikdirib İşa namazını tezləşdirsin və bunlar üçün bir dəfə yuyunsun. Sübh namazı üçün isə bir dəfə yuyunsun.”

Aişə
Səhih

İstinad

Nəsəi, 360 (Heyz, 13)

Sunən ən-Nəsəi — Heyz və istihazə kitabı