Qüsl və təyəmmüm kitabı

Qadının qüsl alarkən saçını açmaması

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنْ إِبْرَاهِيمَ بْنِ طَهْمَانَ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ عُبَيْدِ بْنِ عُمَيْرٍ ، أَنَّ عَائِشَةَ قَالَتْ : لَقَدْ رَأَيْتُنِي أَغْتَسِلُ أَنَا وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ هَذَا - فَإِذَا تَوْرٌ مَوْضُوعٌ مِثْلُ الصَّاعِ أَوْ دُونَهُ - فَنَشْرَعُ فِيهِ جَمِيعًا ، فَأُفِيضُ عَلَى رَأْسِي بِيَدَيَّ ثَلاَثَ مَرَّاتٍ وَمَا أَنْقُضُ لِي شَعْرًا.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Yadıma gəlir ki, Allah Elçisi ﷺ ilə birlikdə bir saa və ya ondan da az su olan qabdan qüsl alardıq. Mən başıma əlimlə üç dəfə su tökərdim və (hörüklərimi) açmazdım”.”

Aişə
Səhih

İstinad

Nəsəi, 416 (Qüsl, 21)

Sunən ən-Nəsəi — Qüsl və təyəmmüm kitabı