Qüsl aldıqda ətirin iyi qalarsa, nə etmək lazımdır?
حَدَّثَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، عَنْ وَكِيعٍ ، عَنْ مِسْعَرٍ وَسُفْيَانَ ، عَنْ إِبْرَاهِيمَ بْنِ مُحَمَّدِ بْنِ الْمُنْتَشِرِ ، عَنْ أَبِيهِ قَالَ : سَمِعْتُ ابْنَ عُمَرَ يَقُولُ : لأَنْ أُصْبِحَ مُطَّلِيًا بِقَطِرَانٍ أَحَبُّ إِلَيَّ مِنْ أَنْ أُصْبِحَ مُحْرِمًا أَنَضَخُ طِيبًا ، فَدَخَلْتُ عَلَى عَائِشَةَ فَأَخْبَرْتُهَا بِقَوْلِهِ فَقَالَتْ : طَيَّبْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَطَافَ عَلَى نِسَائِهِ ، ثُمَّ أَصْبَحَ مُحْرِمًا.
“İbrahim ibn Muhəmməd ibn əl-Muntəşir atasının ﵀ belə dediyini rəvayət edir: “Mən İbn Ömərin belə dediyini eşitdim: “Qətrana batmaq mənə ehramda olarkən məndən ətir iyinin gəlməsindən daha sevimlidir”. Aişənin yanına gəlib bunu xəbər verdikdə dedi: “Mən Allah Elçisinə ﷺ ətir vurdum, o da bütün qadınlarının yanına getdi və ehramda olarkən sabahladı”.”
İstinad
Nəsəi, 417 (Qüsl, 22)
Sunən ən-Nəsəi — Qüsl və təyəmmüm kitabı