Qüsl və təyəmmüm kitabı

Qüsl aldıqda övrət yerini yuduqdan sonra əli yerə sürtmək

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْعَلاَءِ ، قَالَ : حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ سَالِمِ بْنِ أَبِي الْجَعْدِ ، عَنْ كُرَيْبٍ ، عَنِ ابْنِ عَبَّاسٍ ، عَنْ مَيْمُونَةَ بِنْتِ الْحَارِثِ زَوْجِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَتْ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا اغْتَسَلَ مِنَ الْجَنَابَةِ يَبْدَأُ فَيَغْسِلُ يَدَيْهِ ، ثُمَّ يُفْرِغُ بِيَمِينِهِ عَلَى شِمَالِهِ فَيَغْسِلُ فَرْجَهُ ، ثُمَّ يَضْرِبُ بِيَدِهِ عَلَى الأَرْضِ ثُمَّ يَمْسَحُهَا ثُمَّ يَغْسِلُهَا ، ثُمَّ يَتَوَضَّأُ وُضُوءَهُ لِلصَّلاَةِ ، ثُمَّ يُفْرِغُ عَلَى رَأْسِهِ وَعَلَى سَائِرِ جَسَدِهِ ، ثُمَّ يَتَنَحَّى فَيَغْسِلُ رِجْلَيْهِ.

“Rəvayət edilir ki, Peyğəmbərin ﷺ zövcəsi Məymunə bint əl-Haris ﵂ demişdir: “Allah Elçisi ﷺ cənabət qüslu aldıqda birinci əllərini yumağa başlayar, sağ əli ilə sol əlinə su tökər və övrətini yuyardı. Sonra əlini yerə vurub ora sürtər, sonra da yuyardı. Sonra namaz üçün alınan dəstəmaz kimi dəstəmaz alar, sonra başına və bədəninin qalan hissələrinə su tökərdi. Sonra da ayaqlarını bir qədər qıraqda yuyardı”.”

Məymunə bint əl-Haris
Səhih

İstinad

Nəsəi, 419 (Qüsl, 24)

Sunən ən-Nəsəi — Qüsl və təyəmmüm kitabı