Qüsl və təyəmmüm kitabı

Cənabət qüslunu dəstəmaz alaraq başlamaq

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ أَنَّهَا قَالَتْ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا اغْتَسَلَ مِنَ الْجَنَابَةِ غَسَلَ يَدَيْهِ ، ثُمَّ تَوَضَّأَ وُضُوءَهُ لِلصَّلاَةِ ، ثُمَّ اغْتَسَلَ ، ثُمَّ يُخَلِّلُ بِيَدِهِ شَعْرَهُ حَتَّى إِذَا ظَنَّ أَنَّهُ قَدْ أَرْوَى بَشَرَتَهُ أَفَاضَ عَلَيْهِ الْمَاءَ ثَلاَثَ مَرَّاتٍ ، ثُمَّ غَسَلَ سَائِرَ جَسَدِهِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ cənabət qüslunu aldıqda əllərini yuyar, sonra namaz üçün alınan dəstəmaz kimi dəstəmaz alar, sonra yuyunardı. Sonra əlləri ilə dərisinə suyun çatmasına əmin olana qədər saçının dibinə su çatdırar, ora üç dəfə su tökər, sonra bədəninin qalan yerlərini yuyardı”.”

Aişə
Səhih

İstinad

Nəsəi, 420 (Qüsl, 25)

Sunən ən-Nəsəi — Qüsl və təyəmmüm kitabı